Türkiyədə QIZIL QALMAQALI BÖYÜYÜR: özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs 70 kq qızılla saxlanıldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Türkiyədə 50 milyonluq qızıl qalmaqalı və bu işdə adı keçən Azərbaycanlı iş adamının axtarışa verilməsi barədə xəbər vermişdik.
İstanbul polisinin həyata keçirdiyi əməliyyatlar zamanı daha bir azərbaycanlı saxlanılıb.
Belə ki, İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.
Lent.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs taksidə olarkən saxlanılıb.
Qeyd edək ki, hadisələrin bir biri ilə bağlı olduğu ehtimal edilir.
Mövzunu diqqətdə saxlayacağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















