Icma.az
close
up
RU
Türkiyədən Azərbaycanın narahatlığına rəsmi CAVAB

Türkiyədən Azərbaycanın narahatlığına rəsmi CAVAB

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi mətbuat orqanlarında “Türkiyədən gözlənilməz addım: Ermənilərlə sərhəd açıldı, Bakı xəbərsiz qaldı” başlığı ilə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.

Vurğulanıb ki, “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi yalnız Ermənistandan Suriyaya çatdırılacaq humanitar yardım karvanının Türkiyədən gedib-geri qayıtmasını təmin etmək üçün açılıb:

“Nazirlər Şurasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən, “Alican” sərhəd-keçid məntəqəsinə yalnız humanitar yardım daşımaları üçün müvəqqəti sərhəd qapısı statusu verilib. Ermənistana məxsus 4 TIR-dan ibarət humanitar yardım karvanı “Hatay/Cilvegözü” sərhəd-keçid qapısı vasitəsilə Suriyaya humanitar yardım çatdırmaq üçün İğdır vilayətindəki “Alican” sərhəd-keçid məntəqəsindən keçib (21 martda -red). Sözügedən yük maşınları eyni marşrutla Ermənistana qayıdacaq.

Qeyd edək ki, “Alican” sərhəd-keçid məntəqəsi 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən sonra da açılıb. Belə ki, Ermənistan tərəfindən göndərilən humanitar yardımları daşıyan yük maşınları iki ayrı konvoyda müxtəlif tarixlərdə 2 dəfə eyni qapıdan girib-çıxıb.

Digər tərəfdən, “Alican” sərhəd-keçid məntəqəsi 30 iyul 2024-cü il tarixində normallaşma prosesi ilə bağlı xüsusi nümayəndələr tərəfindən ümumi sərhəddə keçirilən beşinci raund danışıqları çərçivəsində qarşılıqlı piyada keçidləri üçün istifadə edilib. Bundan əlavə, Türkiyə-Ermənistan sərhəd komissiyalarının sərhəd məsələləri ilə bağlı keçirdiyi müntəzəm görüşlər çərçivəsində də bu qapıdan istifadə edilir”.

Qeyd edək ki, 21 martda açılan Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı bildirilib.

Xatırladaq ki, Türkiyə Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. Ermənistanla sərhədin açılması danışıqları İrəvanın Azərbaycanla münasibətləri normallaşdırması ilə paralel aparılır.

Azərbaycan və Türkiyə mediası humanitar yardım bəhanəsi ilə Ermənistanın Türkiyə ilə sərhəd qapısını açıq saxlamağa çalışacağından narahatlığını ifadə etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Mart 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri