Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Türkiyəli biznesmenin xatirələri: Heydər Əliyev bizim üçün məmləkətimizin ünvanı idi

Türkiyəli biznesmenin xatirələri: Heydər Əliyev bizim üçün məmləkətimizin ünvanı idi

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün ulu öndər Heydər Əliyevin doğum günüdür.

Biz indi Heydər Əliyevi təkcə onun həyatına və siyasi fəaliyyətinə dair yazılan kitablarda axtarmırıq. Məsələn, işğaldan azad olunmuş Şuşada axtarırıq, Kəlbəcərdə axtarırıq. Azad Kəlbəcərin azad "İsti su"yunda Heydər Əliyevin nəfəsi var. Biz indi Heydər Əliyevi Şuşanın qayalarına dırmaşan əsgərlərimizin qətiyyətində də axtarırıq.

Heydər Əliyev deyirdi ki, "Biz Laçının bulaqları olmadan yaşaya bilmərik. Biz o torpaqlara yenidən qayıdacağıq".

Biz indi Heydər Əliyevin dediyi, işğaldan azad edilən Laçında yaşayırıq, Ağdamda, Xocalıda yaşayırıq.

44 günlük Zəfər yolunun hər saatında, hər günündə Heydər Əliyev var idi. Heydər Əliyev indi də var və hər zaman var olacaq - "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!" şüarının timsalında.

Biz Heydər Əliyevi indi onun dostlarının xatirələrində də axtarırıq və Oxu.Az Heydər Əliyevi türkiyəli tanınmış iş adamı Ali Polatdan soraqladı.

Müsahibəyə başlamazdan əvvəl oxuculara Ali Polat barəsində qısa məlumatı təqdim edirik:

1944-cü ildə Təbrizdə anadan olan Ali Polat orta təhsilini Təbrizdə alıb. Ərzurum Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik və iqtisadiyyat fakültəsini ali mühəndislik ixtisası üzrə bitirib.

2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin "fəxri professoru", 2009-cu ildə Azərbaycan Kooperasiya Universitetinin "fəxri doktoru" adına layiq görülüb. Türkiyə və Azərbaycan Yazıçılar birliklərinin fəxri üzvüdür.

Ali Polat 1982-ci ilə qədər ət və ət məhsulları ixracatı yolu ilə Şərqi Anadolu bölgəsinin inkişaf etməsində aktiv rol oynayıb. 1983-91-ci illərdə o, Türkiyədə turizmin inkişafını gücləndirən qabaqcıl firmalardan birinin ortağı olaraq Antalya, Fethiye və Kappadokiyada üç istirahət mərkəzi və bir hotel inşa edib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini əldə etdiyi 1991-ci ildə Azərbaycana iqtisadi kapital qoyan ilk iş adamlarından biri olub. Çox keçmir ki, bacarıqlı iş adamı Əli bəy 1986-cı ildə "Xəzər" şirkətini yaradır.

Ali Polat TİSİAD-ın (Türkiyə-İran Sənayeçiləri və İş adamları Dərnəyi) təşkilatçılarından biri və ömrünün sonuna qədər bu dərnəyin fəxri sədridir.

- Ali bəy, ümummilli lider Heydər Əliyevi necə xatırlayırsınız?

- Gənc yaşlarımda biz harasa gedəndə soruşardılar ki, haralısan? Deyərdik ki, azərbaycanlıyıq. Azərbaycanlıyıq deyəndə Azərbaycanı tanımazdılar. Sonra deyərdik ki, bir azərbaycanlı var, Sovet İttifaqını idarə edən beş nəfərdən biridir. Kimliyini soruşanda: "Heydər Əliyevi tanıyırsınızmı? Əlbəttə, tanıyırıq", - deyərdilər. Heydər Əliyev bizim üçün məmləkətimizin ünvanı idi.

Biz azərbaycanlılar hansı məclis olur-olsun, ilk badəni Heydər Əliyevin şərəfinə qaldırardıq. Çünki bizi dünyaya tanıdan bir tək o var idi.

- Heydər Əliyevlə ilk görüşünüz yadınızdadırmı?

- Prezident Heydər Əliyev Naxçıvana gələndə mən çox cəhd etsəm də, onu gedib görə bilmədim. Zəng etdim, onunla bir xeyli söhbətləşdik. Biz həmsöhbət olduqdan bir müddət sonra Heydər Əliyev Naxçıvana kömək üçün Türkiyəyə müraciət etdi.

Mən Heydər Əliyevlə 1992-93-cü illərdə görüşə bildim. Bu görüşlərdə biz milli məsələlər haqqında danışırdıq.

Yaxşı xatırlayıram, onunla ilk dəfə görüşəndə əlim-ayağım titrəyirdi. Çox böyük insan idi. Heydər Əliyev təkcə Azərbaycanı yox, dünyanı idarə edirdi.

- Məclislərin birində Heydər Əliyev sizdən tamadalıq etmənizi istəmişdi...

- Bəli, Heydər Əliyev məni xüsusi bir axşam yeməyinə dəvət etmişdi. On nəfərdən artıq deyildik. Nə oldu, necə oldu - yaxşı xatırlamıram. Heydər Əliyev qəfil üzünü mənə çevirib dedi ki, "Ali Polat, sən bu gün tamadasan!"

Mən də bu təklifi məmnuniyyətlə qəbul edib, ayağa qalxıb dedim ki, söz verilir cənab Heydər Əliyevə. Ulu öndər qəhqəhə çəkdi. Hamımızı gülmək tutdu.

Sonra mən bir neçə dəfə Süleyman Dəmirəllə birlikdə Heydər Əliyev cənabları ilə görüşdük. Bir dəfə də Məsut Yılmaz Bakıya getmişdi. Mən də onunla birlikdə idim və Heydər Əliyevlə görüşmüşdük. Çox görüşlərimiz olub.

Mənim bir arzum vardı. Bunu rəhmətliyin özünə də demişdim. Demişdim ki, gələcək türk dünyasının lideri siz olmalısınız.

Biz bir neçə dəfə Heydər Əliyevlə nahar etmişik. Çox sadə insan idi. O qədər səmimi, gözəl söhbətlərimiz olurdu ki, həmin söhbətlərin həsrətini indi də çəkirəm.

- Mən sizin Taksimdəki ofisinizdə Heydər Əliyevlə olan şəkillərinizi görmüşəm. O şəkillərin tarixi barəsində danışmağınızı istərdik...

- On yaşımdan ticarətlə məşğulam, ticarəti çox yaxşı bilirəm. Bir dəfə Süleyman Dəmirəllə Bakıya getmişdim. Mən Bakıda bir layihə düşünürdüm. Sovet İttifaqı yeni dağılmışdı. İranda iqtisadiyyat inkişaf etməmişdi. İranın qanunları da buna imkan vermirdi. Türkiyədə də vəziyyət ürəkaçan deyildi. Hesablamalarıma görə, Azərbaycana yaxın çevrədə təxminən üç yüz milyon insan yaşayırdı. Düşünürdüm ki, biz Bakını Dubay kimi ticarət üçün sərbəst bölgə edə bilərik. Böyük iş adamları gəlib Bakıda öz işlərini qura bilsələr, Azərbaycan iş mərkəzinə çevriləcək. Biz iş adamları isə milyarderlər olacaqdıq.

Mən o şəkillərin birində Heydər Əliyevə bunu təklif etdim. Şəklə diqqətlə baxsanız, görəcəksiniz ki, mən bu həmin ideyanın layihəsini Heydər Əliyevə göstərirdim. Həmin gün Süleyman Dəmirəl də Heydər Əliyevə dedi ki: "Heydər qardaş, Ali Polat doğru deyir. Biz belə sərbəst bölgədən ildə bir milyard dollar qazanırıq. Siz də belə etsəniz, yaxşı olar".

- Qarabağ işğaldan azad edildi. Prezident İlham Əliyev atasının arzusunu həyata keçirmiş oldu. Bu barədə nə düşünürsünüz?

- Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Qarabağ problemini həll etməsi onun nüfuzunu daha da artırdı. Mən əminliklə deyə bilərəm ki, dünyanın harasında olur-olsun, bütün azərbaycanlılar onu çox sevirlər.

Prezident İlham Əliyev həm müdrikliyi ilə, həm çox nadir rastlaşa biləcəyimiz siyasi istedadı ilə, həm də sərkərdəlik bacarıqları ilə yüzillik Qarabağ problemini 44 gündə kökündən həll etdi. Allah ondan razı olsun!

- Ulu öndər Heydər Əliyev indi həyatda olsaydı, ona nə demək istəyərdiniz?

- Mənə görə, Heydər Əliyev hələ də yaşayır. Azərbaycanın bu günü Heydər Əliyevin varlığını sübut edir.

Bunu xüsusilə qeyd etmək istəyirəm ki, İlham Əliyev mütləq və mütləq türk dünyasının lideri olmalıdır. Bu fitri istedad ona atasından keçib. Günümüzdə buna qadir ən yaxşı siyasətçi odur. İlham Əliyevdə atasının sadəliyi, qətiyyəti, səmimiyyəti var. Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi bir liderə sahibdir. İlham Əliyev dahi siyasətçi Heydər Əliyevin oğludur.

Elçin Aslangil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri