Icma.az
close
up
RU
Türkiyəli ekspert: İlham Əliyevin formulu müasir Azərbaycanın nailiyyətlərinin rəhnidir

Türkiyəli ekspert: İlham Əliyevin formulu müasir Azərbaycanın nailiyyətlərinin rəhnidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 8 avqust, AZƏRTAC

2025-ci ilin 8 avqust tarixi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də uzun müddət ərzində ilk dəfə olaraq Cənubi Qafqazda sülh və sabitliyə real diplomatik töhfə verən Qərb dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu fikri AZƏRTAC-a müsahibəsində istefada olan türkiyəli general Yücel Karauz Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ evdə gözlənilən görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqton görüşünə aparan yol dövlətin və xalqın hüquq və mənafelərini ədalətli müdafiə edən Azərbaycan rəhbərliyinin qətiyyəti və dönməzliyi sayəsində açılıb. “Prezident İlham Əliyevin düşünülmüş strategiyası, “Dəmir yumruq” amili, yumşaq güc və mediadan səmərəli istifadə öz nəticəsini verib”, - deyən istefada olan general rəsmi Bakının ildən-ilə sistemli şəkildə region həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını qeyd edib.

Ekspert diqqəti Azərbaycanın uzun illər davam edən işğala və ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə yönəldib. “Vaşinqtondakı görüş, nəhayət, Prezident İlham Əliyevin danışıqlar masası arxasında diplomatiyasının uğurunu qeyd edəcək”, -deyə o əminliklə bildirib.

Y.Karauzun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya bir daha göstərib ki, o, hansı addımları, nə vaxt və necə atacağını dəqiq bilir. “İlham Əliyevin formulu müasir Azərbaycanın nailiyyətlərinin rəhnidir”, - deyən istefada olan general Vaşinqtonda keçirilən görüşün Azərbaycanın bütün siyasi tarixi üçün taleyüklü əhəmiyyət daşıdığını qeyd edib.

Ekspert deyib: “Müasir Azərbaycan dinamik inkişaf edən, tanınmış regional güc amilinə çevrilən dövlətdir. Əminəm ki, Vaşinqtondakı danışıqlar rəsmi Bakı üçün yeni uğurun, respublikanın böyük qlobal təşəbbüslərdə iştirakının başlanğıcı olacaq”.

Eyni zamanda, o, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlikdə maraqlı olmayan qüvvələrin mövcudluğuna işarə edib. “Bölgədə nüfuzunu saxlamağa çalışan, o cümlədən ATƏT-in Minsk qrupunu dirçəltməklə regionda dialoqa xələl gətirməyə cəhd edən dairələr ola bilər. Bu baxımdan biz ayıq-sayıqlığı itirməməli və risklərə, eləcə də status-kvonu dəyişmək cəhdlərinə hazır olmalıyıq”, -deyə Y.Karauz bildirib.

Ehtiyatda olan general əmin olduğunu bildirib ki, sülh sazişi və münasibətlərin normallaşması regionun bütün ölkələrinin xeyrinə olacaq.

Y.Karauz öz səyləri ilə cəmiyyətin konsolidasiyasına, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinə və respublikanın beynəlxalq nüfuzunun artmasına misilsiz töhfə verən Prezident İlham Əliyevi “əsl siyasi və hərbi lider” və “regionda sülhün memarı” adlandırıb.

Ekspert Azərbaycanın Qələbəsini ədalətsizliklə üzləşmiş bütün xalqlar üçün ümid mənbəyi adlandırıb. O qeyd edib ki, Azərbaycan liderinin Ermənistanın baş naziri ilə Ağ evdə görüşü Türkiyə və digər türk dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir və bu, Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlanğıcını qoyacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri