Türkiyəli mütəxəssislər Gəncədə region kitabxanalarının əməkdaşları üçün təlim keçiblər AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kitabxanaların əməkdaşları üçün təlim keçiblər.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlim Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunub. Təlimdə Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin modulları üzrə əsas əməliyyatlar izah olunub, iş prosesində yaranan problemlər aydınlaşdırılıb, suallar cavablandırılıb və tövsiyələr verilib.
Qeyd edək ki, türkiyəli mütəxəssislər Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 19 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















