Icma.az
close
up
RU
Türkiyəli nazir: COP29 yeni əməkdaşlıq yollarının formalaşmasında dönüş nöqtəsidir AZƏRTAC

Türkiyəli nazir: COP29 yeni əməkdaşlıq yollarının formalaşmasında dönüş nöqtəsidir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 19 noyabr, AZƏRTAC

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını Ankaranın nəqliyyat sektorunun rəqəmsallaşdırılması üzrə səyləri barədə məlumatlandırma planlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri çərşənbə günü, noyabrın 20-də “Davamlı və rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasının keçiriləcəyi Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Bakıda keçiriləcək iqlim sammitinin iştirakçıları ilə Türkiyənin nəqliyyat təşkilatında rəqəmsal texnologiyalardan istifadə təcrübəsi haqqında məlumat paylaşacaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Bakıda keçiriləcək müzakirələr zamanı “yaşıl” şəhər nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş infrastruktur layihələrinə xüsusi diqqət yetiriləcək.

A.Uraloğlu bildirib: “Digər məsələlərlə yanaşı, elektrik avtobuslarının sayının artırılması, intellektual nəqliyyat sistemlərinin tətbiqi, ətraf mühitə atılan tullantıların azaldılması məsələlərinə baxılması nəzərdə tutulur. Əminəm ki, şəhər mühitində ictimai nəqliyyat sistemində gələcək islahatlar ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi səylərinin tərkib hissəsidir”. Nazir Azərbaycanda keçirilən iqlim sammitini “yeni əməkdaşlıq yollarının formalaşması üçün dönüş nöqtəsi” adlandırıb. O, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması mövzusuna toxunaraq vurğulayıb ki, bu məqsədə yalnız dövlətlər arasında sıx qarşılıqlı əlaqə vasitəsilə nail olmaq olar.

Nazir Orta Dəhlizin rəqəmsallaşdırılmasının bu nəqliyyat arteriyasının səmərəliliyini artıracağına əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri