Icma.az
close
up
RU
Türkiyəli professor: Qəbələ Zirvəsi yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır

Türkiyəli professor: Qəbələ Zirvəsi yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 7oktyabr, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşü üçün müəyyən edilmiş “Regional sülh və təhlükəsizlik” mövzusu təsadüfi seçim deyil. Bu, Türk dünyasının geosiyasi prioritetlərini, strateji baxışını və ortaq taleyə dair şüurunu əks etdirən son dərəcə mənalı seçimdir. Qarabağ Zəfərindən sonra Azərbaycanın ev sahibliyi ilə keçirilən bu Zirvə görüşü Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, Mərkəzi Asiyada artan təhlükəsizlik risklərinin idarə edilməsi və Avrasiyada yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

Toplantının mövzusunun TDT-nin təkcə mədəni və iqtisadi həmrəylik platforması olmaqdan çıxaraq, “ortaq təhlükəsizlik” prinsipi ətrafında təşkil olunan yeni bir strateji birlik səviyyəsinə yüksəldiyinin göstəricisi olduğunu qeyd edən professor deyib: “Doğrudan da, Zirvə görüşündə liderlərin ortaya qoyduğu baxış, Qəbələ Bəyannaməsində yer alan qərarlar və xüsusilə xarici tərəfdaşlarla qarşılıqlı maraq sahələrində əməkdaşlıq üçün çevik diplomatik zəmin yaradan “TDT+ “ formatının təsisinə dair qərar birlikdə qiymətləndirildikdə, beynəlxalq təşkilatlara etimadın sarsıldığı bir dövrdə təşkilatın xaotik qlobal mühitdə sabitliyin, sülhün və çoxqütblü düzənin qurucu elementi olmaq iddiasını qətiyyətlə ortaya qoyduğu görünür. Zirvədə diqqət çəkən digər tarixi hadisə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazıçı Çingiz Aytmatov haqqında kitabın, eləcə də “Oğuznamə” toplusunun Türkiyədə 2024-cü ildə Bakıda keçirilən toplantıda qəbul edilən ortaq türk əlifbası ilə nəşr olunacağı müjdəsini verməsi oldu. Bu addım, Türk dünyasında mədəni inteqrasiyanın konkret göstəricisi kimi böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayının davamı mahiyyətində yeni böyük bir türkoloji qurultay keçirilməsi təklifini irəli sürməsi bu prosesi elmi əsasda taclandıran bir baxış ortaya qoydu. Beləliklə, Qəbələ Zirvəsi həm ortaq təhlükəsizlik anlayışının, həm də ortaq mədəni kimliyin gücləndirilməsi baxımından Türk dünyasının strateji gələcəyində yeni dönüş nöqtəsinə çevrildi”.

Professor bildirib ki, TDT-nin Azərbaycanda keçirilən zirvələri təşkilatın tarixi inkişafında hər zaman mühüm dönüş nöqtələri olub. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündə türk əməkdaşlığının təşkilatlanması təmin edilib. Bu toplantıda Türk dünyasının ortaq məqsədlərini inteqrasiya əsası üzərində quran Türk Şurasının yaradılmasına dair Naxçıvan Sazişi imzalanıb.

“İndi isə “2025-ci il Qəbələ Zirvəsi” “Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə Naxçıvanda başladılan prosesin strateji davamı kimi önə çıxır. Bu zirvə görüşü Türk dünyasının ortaq maraqlarını qoruma, regional sabitliyi möhkəmləndirmə və müstəqil Avrasiya təhlükəsizlik arxitekturasını qurma baxışını daha sıx təşkikatlanmış səviyyədə gücləndirir” - deyə Mehmet Yüce fikirlərini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see303

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see241

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see214

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see212

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see204

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see172

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see160

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see151

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see140

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see140

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see137

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see134

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see132

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see125

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri