Icma.az
close
up
RU
Türkiyəni vurmaq istəyən qüvvə Erməni kartından istifadə edilir…

Türkiyəni vurmaq istəyən qüvvə Erməni kartından istifadə edilir…

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bəyan edib ki, ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir neçə qurumunun nümayəndələri arasında görüş baş tutub. Sözügedən proses bir neçə vaxtdır ictimaiyyətdə birmənalı qarşılanmayıb. Özlüyündə müəyyən fərziyələrin yaranmasına səbəb olub. Belə ki, Ankaranın Bakıdan xəbərsiz İrəvanla sərhədlərin açılmasında razılışdığına dair iddialar səsləndirilir.

Nə qədər realdır? Bakının bundan xəbəri ola bilər?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Türkiyə və Ermənistan arasındakı bütün danışıqların nəticəsindən Azərbaycanın xəbəri var:

“Çünki bu məsələlər hər zaman iki ölkə arasında koordinasiya olunur. Zaman-zaman mütəmadi olaraq Azərbaycan və Türkiyə XİN səviyyəsində görüşlər keçirilir. Bununla da prosesi birgə irəliyə aparmaq üçün danışıqlar aparılır. Belə bir aura yaratmaq istəyirlər ki, sanki iki qardaş ölkədən biri digərinə gizli xəyanət edir. Tərəflərin arasını açmaq, münasibətlərin korlanmasına hesablanmış addımlardır. Ona görə də mediada da bu cür dezinformasiyalar verilməməlidir. Bu məsələlər 44 günlük Vətən müharibəsindən bəri davam edir. Ermənistan-Türkiyə danışıqları fonunda konkret hansısa nəticələrin əldə edildiyi görüntüsü yaradılır. Bu cür məxfi razılıqlar varsa, sərhəd-keçid məntəqəsinin açılmasına niyə icazə verilmir? Əslində bu məsələ ilə bağlı üçüncü ölkə vətəndaşlarının sərbəst keçidinin təmin edilməsi haqqında razılaşma da var. Ermənistan artıq neçə ildir ki, tamamilə bütün infrastruktur məsələlərini həll edib, hazırlayıb. Zaman-zaman Ermənistan rəhbərliyi Marqara keçid məntəqəsinə xüsusi qaydada baxış da keçirib”.

Politoloqun fikrincə, sözügedən proses Türkiyənin Ermənistanın istəklərini dərhal yerinə yetirməsi demək deyil:

Natiq Miri

“Bu cür məsələlər Ermənistanın maraqlarına xidmət edir. Danışıq predimentidir. Türkiyə Ermənistanın dünyaya çıxışıdır. Bir tərəfdən Qara dəniz, Avropa digər tərəfdən isə Aralıq dənizi və Yaxın Şərqə çıxışı təmin edir. Ona görə də rəsmi Ankara İrəvan üçün vazkeçilməz, strateji ölkədir.

Lakin Ermənistan dalan ölkədir. Azərbaycana keçidi, türk dünyası ilə dəhliz vasitəsilə quru əlaqələrini nəzərə almasaq İrəvan Ankara üçün bazar belə deyil. Bu cür dezinformasiyalar məqsədli şəkildə dövriyyəyə buraxılır ki, indiki həssas dönəmdə Azərbaycan-Türkiyə münasibətlərinə xələl versinlər.

İsrail-Azərbaycan münasibətlərinin də Türkiyə-Azərbaycan münasibətlərinə problem yaratdığını iddia edənlər var. Lakin bu da real deyil. Suriya məsələsi də bu iki ölkə arasında növbəti gərginlik predimenti kimi təqdim olunurdu. Lakin Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında dünən baş tutan telefon danışığı göstərdi ki, qardaş qardaşa lazım olan məqamda əlini uzada bilir. Əliyev bunu bəyan etdi”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri