Türkiyənin Daxili İşlər Nazirliyi: Üç həftə ərzində İŞİD terrorçuları ilə əlaqədə olmaqda şübhəli bilinən 182 nəfər saxlanılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 25 dekabr, AZƏRTAC
Son üç həftə ərzində Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 182 nəfər saxlanılıb. Onlardan 43-ü məhkəmənin qərarı ilə həbs edilib.
AZƏRTAC xəbər verir ki, bun barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir qeyd edib ki, əməliyyat ölkənin 22 vilayətində, o cümlədən Ankara, Adana, İstanbul, İzmir və Qaziantepdə aparılıb.
Əməliyyatların gedişi Türkiyə Jandarma Komandanlığı yanında Terrorla Mübarizə İdarəsi tərəfindən koordinasiya edilib.
Saxlanılanlar terror təşkilatlarında iştirak etməkdə və ya onlara yardım etməkdə, habelə qadağan olunmuş təşkilatların ideyalarını maliyyələşdirməkdə və təbliğ etməkdə ittiham olunurlar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Dekabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















