Türkiyənin dostu və düşməni kimdir? Sorğu keçirildi
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Asal Araştırma tədqiqat şirkəti tərəfindən dərc edilən "Türkiyənin dostu və düşməni kimdir?" adlı sorğuda İsrail, ABŞ və Yunanıstan düşmən kimi qəbul edilən ölkələrin siyahısına başçılıq edib. Azərbaycan, Yaponiya və Çin isə dost kimi qəbul edilən ölkələr arasında yer alıb.
Adalet.az xəbər verir ki, Asal Araştırma, 13-21 fevral tarixləri arasında 26 şəhərdə 2015 nəfər arasında aparılan sorğunun nəticələrini təqdim edib.
Sorğu iştirakçılarından “Aşağıdakı ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirirsiniz?” soruşulub.
Respondentlərin səksən üç faizi İsraili düşmən hesab etdiklərini bildirib. ABŞ-ni düşmən hesab edənlərin payı 74,6% təşkil edib. Eyni sorğuda İranı düşmən hesab edənlərin payı 51,7% təşkil edib.
Sorğuda iştirak edən ölkələr arasında Azərbaycan dost ölkələr reytinqində 66% ilə birinci yerdə qərarlaşıb. Azərbaycanı Yaponiya (58,4%) və Çin (49,5%) izləyir. Lakin Çini düşmən hesab edənlərin payı 38% təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















