Icma.az
close
up
RU
Türkiyənin gizli cənnəti: Gürün Gökpınar gölü

Türkiyənin gizli cənnəti: Gürün Gökpınar gölü

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir. Bu gözəlliklərin içərisində, Sivasın Gürün rayonunda yerləşən Gökpınar Gölü, təbiətsevərlər üçün sanki gizli bir cənnətdir.

Gürün, təbiət baxımından nadir yerlərdən biridir. Burada yerləşən Gökpınar Gölü, şəffaf və təmiz suyu ilə, hər kəsi özünə heyran qoyur. Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi, ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: Kiçik Göl, alabalıq istehsalı üçün nəzərdə tutulubr, Böyük Göl isə turistik ziyarətlər üçün nəzərdə tutulub...

Gökpınar Gölü və əfsanəsi

Hər təbii gözəlliyin bir əfsanəsi olur. Gökpınar Gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar Gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudub və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar Gölünün su ilə  dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur.

Gökpınar Gölünə necə getmək olar?

Gökpınar Gölü, Sivasın Gürün rayonunda yerləşir və Gürün mərkəzindən cəmi 10 km uzaqlıqdadır. Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.

Sivasın Gürün mahal mərkəzindən, Kayseri-Malatya yolu üzərindəki Çayboyu məhəlləsindən Gökpınar Gölünə doğru getmək mümkündür. Gökpınar Gölü, həmçinin şəxsi avtomobil, mikroavtobus və ya taksi ilə də asanlıqla ziyarət edilə bilər. Əlavə olaraq, Sütatı ərazisindən piyada gedərək bu gözəl gölə çatmaq mümkündür, lakin bu, həm uzaq məsafə, həm də yolu yaxşı tanımağı tələb edir.

Gökpınar Gölü, hər kəsin təbiətlə baş-başa qalmaq və sadəcə gözəlliyinə qapılmaq üçün mükəmməl bir məkandır. Bu gözəl gölü ziyarət edən hər kəs, sanki təbiətin sükunətində itir, ruhunu dincəldir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri