Icma.az
close
up
RU
Səməndər Vətənini özündən çox istəyirdi... FOTO

Səməndər Vətənini özündən çox istəyirdi... FOTO

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səməndər Vahid oğlu İsgəndərov Vətən torpaqları uğrunda sinəsini düşmən gülləsinə sipər edəndə ömrünün 24-cü baharını yaşayırdı. Bu gənc yaşında onun ölümü millətinə başucalığı oldu. Səməndər lap uşaqlıqdan ürəkdən doğma Azərbaycanına bağlanmışdı. Məqamı gələndə onun yolunda canından keçməyi böyük şərəf bilirdi və bunu özünə həyat amalı seçmişdi. İkinci Qarabağ müharibəsində arzusuna qovuşmaqla milyonların qəlbinə köç edən Səməndər əbədiyaşar bir ömür qazandı. Dövlət də öz Vətən məhəbbətli qəhrəman oğlunu “Vətən uğrunda” medalı ilə təltif etdi.
Doğma Masallı rayonunun Sərçuvar kəndində mehriban, yüksək əxlaqi keyfiyyətləri ilə el-obanın dərin hörmətini qazanan Səməndər İsgəndərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Qaynar bölgədə əsgəri borcunu vicdanla yerinə yetirir. Vətənə bağlılığı, torpağa sevgisi burada da ona böyük hörmət gətirir.
Əsgərlikdən sonra gözəl həyat naminə təmiz, ulu duyğularla yaşayan Səməndərin Vətənimizə xəyanət edən erməni dığalarına nifrəti azalmır. Yağı düşməndən qisas alacağı günə həmişə hazır durur. Odur ki, 27 sentyabrda Vətən müharibəsi başlanan günü könüllü olaraq silaha sarılıb torpaq naminə düşmənlə savaşa qalxır. Ağır bir döyüş yolu keçən igid əsgər bir qayda olaraq şəxsi rəşadət və şücaət göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv edir. Vətənin müqəddəsliyinə tapınmaqla azad olunan hər qarış torpaq uğrunda sözün əsl mənasında can qoyur. Həm də neçə-neçə döyüşdə yaralı çiyin yoldaşlarını mühasirədən çıxarıb onları ikinci dəfə həyata qaytarır. Bir sözlə, Vətənə məhəbbət, sədaqət ruhu Səməndəri yalnız qələbəyə doğru aparırdı. Ağır müharibə meydanlarında onun mərdliyi, qorxmazlığı əsgər yoldaşlarına da qol-qanad verirdi. Təəssüf ki, Vətən sevdalı igid Şuşa döyüşlərində düşmən gülləsindən xilas ola bilmir. Cavan ömrünü torpağa verməklə bu dünyadan getsə də, xalqına, millətinə yadigar qoyduğu əzəldən sevdalandığı Vətən boyda bir məhəbbəti olur...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri