Icma.az
close
up
RU
Rəqəmsal uçot sistemi vətəndaşlara hansı üstünlükləri verəcək?

Rəqəmsal uçot sistemi vətəndaşlara hansı üstünlükləri verəcək?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, vətəndaşların rifah halının yüksəldilməsi, bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin daha səmərəli təşkili baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotu ölkəmizdə ötən əsrin 40-cı illərindən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu yolu ilə həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti əsasında qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər uçota götürülür. Bu proses uzun illərdir, mövcud olan ənənəvi uçot tədbiridir və onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.

Ev təsərrüfatlarının uçotu sahəsində həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu, fərdi təsərrüfat fəaliyyəti, xüsusilə kənd təsərrüfatı ilə bağlı dəqiq məlumat bazası formalaşdırılır, dövlət siyasətinin, o cümlədən sosial dəstək tədbirlərinin əhalinin real ehtiyaclarına uyğun həyata keçirilməsi üçün zəruri informasiya təminatı yaradılır.

Uçot məlumatları ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin və miqrasiya proseslərinin öyrənilməsi, əhalinin faktiki yaşayış yerləri üzrə məlumatların dəqiqləşdirilməsi baxımından əsas informasiya mənbələrindən biridir. Bu məlumatlar daxili yerdəyişmənin, urbanizasiya prosesinin, kənd və şəhərlərdə məskunlaşma meyllərinin, xüsusilə ucqar kəndlərdə əhali sakinliyinin, daimi yaşayış yerinin dəyişməsinin müəyyənləşdirilməsinə imkan verir. Eyni zamanda, əhalinin faktiki sayı və yaşayış ünvanları barədə məlumatlarının dəqiqləşdirilməsi seçici siyahılarının aktuallaşdırılmasına və siyahıyaalmanın düzgün təşkilinə də xidmət edir.

Yaşayış məntəqələri üzrə sosial-iqtisadi vəziyyətin ətraflı öyrənilməsi regional inkişaf proqramlarının, sosial infrastrukturun təkmilləşdirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin real tələbat əsasında planlaşdırılmasına, dövlət resurslarından səmərəli istifadəyə xidmət edir.

Uçot məlumatları sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, eləcə də sosial xidmətlərə əlçatanlığının artırılması üçün daha əsaslandırılmış qərarlar qəbul etməyə, dövlət dəstəyinin ümumi meyarlarla deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları əsasında həyata keçirilməsinə şərait yaradır.

Uçotun elektronlaşdırılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası nəticəsində aidiyyəti dövlət qurumları aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatları birbaşa əldə etməklə, ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olan şəxslərə yönəldilməsinin daha operativ təşkilinə nail olacaqlar. Bu yanaşma kənar vasitəçilərə ehtiyacı aradan qaldırmağa imkan verəcək, dövlət xidmətlərinə çıxışı asanlaşdıracaq, sosial dəstəyin birbaşa ehtiyac sahibi ailələrə çatdırılmasını təmin etməklə vətəndaş məmnunluğunu yüksəldəcək.

Əldə olunan məlumatlar əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, gəlir mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin hazırlanmasına imkan verəcəkdir. Nəticə etibarilə, dövlət proqramlarının və sosial-iqtisadi layihələrin real ehtiyaclara uyğun planlaşdırılması və nəticələrinin qiymətləndirilməsi, habelə əhalinin rifahına təsirinin artırılması üçün etibarlı informasiya bazası yaradılacaqdır.

Ev təsərrüfatlarının uçotu nəticəsində əldə olunan məlumatlar eyni zamanda gənclər, qadınlar və ailələrlə bağlı dövlət siyasətinin və müvafiq proqramların hazırlanmasına, qadınların məşğulluğunun artırılmasına, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, demoqrafik inkişafın təşviqinə yönəlmiş tədbirlərin müəyyənləşdirilməsinə əsas yaradır.

Uçotun rəqəmsallaşdırılması prosesi sadələşdirməklə yanaşı, vətəndaşların məlumat təqdim etməsi ilə bağlı inzibati yükünü də azaldacaqdır. Əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsi növbəti ildən dövlət informasiya sistemlərindən əldə ediləcək, bununla da eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısı alınacaq, uçot prosesi daha operativ və səmərəli təşkil ediləcək.

2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Məlumatlar vahid informasiya sistemində cəmləşdiriləcək və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaqdır. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğu etmədən proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.

Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.

Beləliklə, ev təsərrüfatlarının uçotu yalnız məlumatların toplanması deyil, əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması, sosial müdafiənin gücləndirilməsi və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi üçün mühüm vasitədir. Uçotun nəticələri əsasında qəbul edilən qərarlar dövlət dəstəyinin hər bir ailənin faktiki vəziyyətinə uyğunlaşdırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafının daha düzgün planlaşdırılmasına xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri