Icma.az
close
up
RU
Türkiyənin hakim partiyası: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik həddi keçdik

Türkiyənin hakim partiyası: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik həddi keçdik

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 11 iyul, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKParti) Şimali İraqda PKK terrorçularının birinci qrupunun silahlarını təhvil verməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, partiyanın sözçüsü Ömer Çelik İraqın Süleymaniyə vilayətində silahlarını nümayişkaranə şəkildə məhv edən terrorçu qrupun hərəkətlərini bəyan edilmiş “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda “kritik hədd” adlandırıb.

Ö.Çelik sosial şəbəkələrdə yazıb: “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda kritik hədd keçdik. PKK terrorçuları fəaliyyətlərini tamamilə dayandırmalı və silahlarını tez bir zamanda təhvil və məhv etməlidirlər”.

O, terrorla mübarizədə uğurların Prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi və ölkənin aparıcı siyasi güclərindən biri olan Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlet Bahçelinin çağırışı sayəsində əldə edildiyini vurğulayıb.

Eyni zamanda, siyasətçi “Terrorsuz Türkiyə” ideyasının həyata keçirilməsindən sonra “Terrorsuz region” məqsədinin reallaşacağına əminliyini ifadə edib.

Hakim partiyanın nümayəndəsi terrora qarşı mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, cinayətkarlıqla mübarizədə göstərdikləri qəhrəmanlığa görə qazilərə minnətdarlığını bildirib.

Qeyd edək ki, cümə günü, iyulun 11-də 30-dan çox PKK yaraqlısından ibarət qrup İraqın şimalında Türkiyə və İraq rəsmi strukturlarının nümayəndələri, eləcə də media işçilərinin gözü qarşısında silah-sursatı məhv edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri