Icma.az
close
up
RU
Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İlin fəsillərindən asılı olmayaraq Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Sanki, Tanrı bu Türkiyəni bir cənnət olaraq yer üzünə bəxş etmişdir. Türkiyəyə səyahət edən hər kəs cənnətə düşdüyünü anlayır. Türkiyənin gözəlliyi haqqında yüzlərlə səyyah öz əsərlərində qeydlər aparıblar. Məşhur səyyah Övliya Çələbi öz əsərlərində yazırdı ki, “Bu bölgə (Türkiyə) sanki cənnətdir. Dünyanın çox ərazisini gəzsəm də anladım ki, cənnət yalnız buradır.”

Tək Övliya Çələbi yox, ta qədim zamanlardan üzü bəri Türkiyəyə üz tutan hər bir əcnəbi bu ərazi ilə bağlı o qədər xoş sözlər yazıb ki, bu fikirlər indi də öz aktuallığını qoruyub saxlayır. Hər daşı bir tarix olan Türkiyə dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən cənnət sayılacaq bölgələrdən biri Bodrumdur. Qədimliyi və müasirliyi özündə əks etdirən Bodrum bu gün turistlərin ən çox axın etdiyi ərazidir.

Bodrum Türkiyənin Muğla vilayətinin 13 ilçəsindən biridir.

Gözəl təbiəti, dənizlə təması, tarixi abidələrlə zənginliyi Bodruma turizm axının artmasına səbəb olur. Dəniz suyunun şəffa və gözəl olması, yerləşmə zonasının füsunkar olması səbəbindən dübnyanın bütün ölkələrindən turistlərin Bodruma səfər etməsini sürətləndirir. Məhz bu səbəbdəndir ki, Bodrum bu gün Dünya Turizm Agentliyinin siyahısında turist axınına görə öndə gedən bölgələrindən biridir.

Bodrum eyni zamanda beynəlxalq hava limanına yaxındır. Hava limanından Bodruma olan məsafəsi cəmi 35 km-dir. Həmçinin Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi körpü də mövcuddur.

Olduqca qədim tarixə malik olan Bodrumda çoxsaylı tarixi abidələr var. Halikarnassos’ta M. Ö 484-ci ildə doğan və “Tarixin Atası” kimi tanınan Heredota görə Bodrum Dor’lar tərəfindən qurulmuşdur. Daha sonra Karya və Leleg’ler bu bölgəyə yerləşmişlər. M.Ö.650-ci ildə Megeralılar gələrək şəhəri genişləndirmiş adını da Halikarnassos olaraq dəyişdirmişlər. Bodrum M. Ö 386-ci ildə iranlıların suverenliyinə girmişdir.

Halikarnassos ən parlaq dövrünü M. Ö 353-ci ildə Karya bölgəsinin paytaxtı olduqda yaşamışdır. Dünyanın yeddi möcüzəsindən biri olan mausoleum bu dövrdə Kral Mausolosun xatirəsinə bacısı və eyni zamanda arvadı olan Artemisia tərəfindən inşa edilmişdir.

Bodrum M. Ö 192 romalılar tərəfindən işğal edilir. Ancaq romalılar öz mədəniyyətlərini bu şəhərdə əxs etdirə bilməyib. M.S. 395-ci ildə Bizaslıların, M.S. XI əsrdə osmanlıların himayəsinə keçib. I. Səlib döyüşlərində Bizanslıların, XIV. əsrdə təkrar Türklərin əlinə keçmişdir. 1415-ci ildə Rodos Cəngavərlərinin əlinə keçmişdir. 1522-ci ildə Qanuni Sultan Süleyman dövründə təkrar Osmanlı İmperatorluğuna ərazisinə daxil edilib.

Bodrum Qalası

Bodrum Qalası iki liman arasında, üç tərəfi dənizlərlə əhatəli qayalıq bir yarımada üzərində inşa edilib. Şimali cəhətdən quruya bağlıdır. Qala ğlçüləri 180 x 185 metr əhatə edir. Ən yüksək yeri dəniz səviyyəsindən 47,50 metr yüksəklikdəki Fransız Qülləsidir. Bu qüllədən başqa İngilis, İtalyan, Alman qüllələri ilə Yılanlı qüllə olmaq üzrə dörd qüllə daha var. Qalanın şərq divarı xaricində qalan hissələri, cüt bədən divarı ilə bərkidilib.

Bodrum qalasının divarlarında 249 gerb var. Bundan başqa 16 gerb də muzey bağçasında sərgilənir. Fransız qülləsinin şimal-şərq üst küncündəki bayraq üzərində, şərq divarı, seyirdim yolunun Fransız qülləsinə baxan tərəfində, Sen Katerin kabartmasında rəng izlərinə rast gəlinməkdədir.

Mavzoley

Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən Mausoleum’un inşasına Karya Satrabı Mavsolos vaxtında (təxmini M.Ö.355) başlanmış onun ölümündən sonra həyat yoldaşı olan Artemissia inşasını davam etdirmişdir.

Bu əsər İon nizamında 36 sütunun bəzədiyi orijinalı 46 metr yüksəkliyində olan və təpəsində bir zəfər tagı olan 21 pilləli bir piramidanın taclandırdığı nəhəng bir abidə məzardır.

M.S. 13-ci əsrə qədər qorunan antik məzar əvvəl bir zəlzələ nəticəsində dağılsa da, daha sonra bu daşları Bodrum Qalasının inşasında istifadə edilib. Bundan başqa bu məzara aid bir çox qabartma və heykəllər 1856-ci ildə İngilis Arxeoloq C. Nyuton tərəfindən Britaniya Muzeyinə aparılıb. Buna görə bu anıta aid əsərlərin çoxu British Museumda, ancaq çox az bir qisimi Bodrumda sərgilənir.

Antik Teatr

Helen dövründən günümüzə gələn əhəmiyyətli tarixi abidələrdən biridir. 3 əsas hissədən ibarətdir. Bunlar Səhnə, Orkestra və Oturma yeridir. Bina uzun düzbucaqlı bir quruluşdur. Hər iki ucda oyunçuların girəcəyi bir qapı vardır. Bunlardan başqa 3 əsas giriş qapısı var. 1973-ci ildə edilən qazıntılardan sonra açıq hava muzeyi olaraq qorunur.

Bodrumda ən çox sevilən tarixi abidələrdən biri də Mindos Qapısıdır.

Halikarnassosun iki giriş qapısından biri olan Mindos Qapısı Bodrumun Qərb tarafındadır. Bu gün ancaq bu qapının qalıqları qalıb. Tarixi araşdırmalara görə Böyük İskəndər şəhəri mühasirəyə alarkən M.Ö.333-ci ildə bu qapıdan daxil olub. Tarixçilər qeyd edir ki, İsgəndər çox çətin bir müqavimətdən sonra şəhəri fəth etmiş və mausoleum xaric bütün şəhəri məhv edir. Tarixi abidələr və müasir otellərlə zəngin olan Bodrum turistlərin ən sevimli məkanıdır. Bütn ölkələrdən bu şəhəri ziyarətə gələnlər var. Bodrumdakı müasir otellərin çoxluğu onu deməyə əsas verir ki, bu şəhər bir neçə ildən sonra regionun turizm mərkəzi olacaq. Daha bir maraqlı məqam isə sosial şəbələrdə Bodrum haqqında olan müzakirələrdir. Qısa araşdırmamadan sonra bu qənaətə gəldim ki, turistlər Bodrumu nağıl şəhər olaraq qeyd edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri