Icma.az
close
up
RU
Türkiyənin keçmiş səfiri: Aİnin ali nümayəndəsi Makron administrasiyasının cinayətlərinə şərik olur AZƏRTAC

Türkiyənin keçmiş səfiri: Aİnin ali nümayəndəsi Makron administrasiyasının cinayətlərinə şərik olur AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Türkiyənin Bakıdakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycan əleyhinə bəyanatlarını şiddətlə tənqid edib.

AZƏRTAC xəbər verir ki, Hulusi Kılıçın sözlərinə görə, müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləməkdən imtina edilməsi Borrel və onun kimiləri Fransanın xarici ərazilərində törətdiyi cinayətlərə şərik edir.

Prezident İlham Əliyevin Fransanın xarici ərazilərində yaşayan sakinlərin vəziyyəti ilə bağlı bəyanatını alqışlayan H.Kılıç Avropa İttifaqının nümayəndələrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tribunasından rəsmi Parisin məzlum xalqlarının hüquqlarını dəstəkləməyə çağırıb.

“İMZA” birliyinin nümayəndəsi çoxsaylı etiraz aksiyalarının zorakılıqla dağıdılması faktlarına, eləcə də Yeni Kaledoniyanın Fransadan müstəqilliyi tərəfdarlarının qətli, hüquqlarının pozulması və həbslərinə diqqət çəkib. “Fransızlar tərəfindən qeyri-insani üsullar Martinika və Qvadelupada da tətbiq edilib. Eyni zamanda, Aİ dəfələrlə baş verənlərə göz yumaraq siyasi abırsızlıq nümayiş etdirib”, - deyə o vurğulayıb.

Hulusi Kılıç Avropanı bağ ilə, bütün qalan dünyanı isə cəngəlliklə müqayisə edən Cozep Borrelin sözlərini də xatırladıb. “Beləliklə, Aİ-nin ali nümayəndəsi faktiki olaraq dünya birliyinə hörmətsizlik edib və onu təhqir edib. Bununla əlaqədar olaraq, Emmanuel Makron administrasiyasının müstəmləkəçilik kursu ünvanına dəstək ifadələri, eləcə də Brüsselin iqlim dəyişikliklərinin nəticələrinə diqqət yetirməməsi qeyri-adi görünmür”, - deyə Türkiyə diplomatik missiyasının keçmiş rəhbəri bildirib.

O qeyd edib ki, Yer kürəsində iqlim dəyişikliyinin əsas mənbəyi Fransa kimi sənaye cəhətdən inkişaf etmiş ölkələrdir, buna görə də Paris digərlərindən də artıq iqlim böhranına görə məsuliyyət daşımalıdır. “Fransadan Bakıda keçiriləcək qlobal iqlim sammitində iştirakdan imtinanın səbəbləri ilə bağlı açıqlamanı, Aİ nümayəndələrindən isə COP29 ərəfəsində boykot çağırışları və anti-Azərbaycan isteriyasının izahını eşitmək istərdim”, - deyə Kılıç əlavə edib.

“İMZA”nın Türkiyədəki nümayəndəsi müasir Azərbaycanın, o cümlədən ekoloji sahədəki uğurlarına diqqət çəkib, həmçinin respublikanın müxtəlif dövrlərdə beynəlxalq tərəfdaşlara göstərdiyi dəstəyi xatırladıb. “Dörd il Qoşulmama Hərəkatına sədrlik edən dövlətin COP29 gündəliyi çərçivəsində kiçik ada dövlətlərinin sakinlərinin problemlərini gündəmə gətirməsi faktı çox vacib məqamdır. Məhz bu ölkələr iqlim dəyişikliyinin mənfi nəticələrini öz üzərində xüsusilə hiss edirlər”, - deyə o qeyd edib.

Türkiyənin keçmiş səfiri daha sonra Bakıda iqlim müzakirələrinin yüksək səviyyədə təşkilini alqışlayıb və Qərb ölkələrini BMT nümayəndələrinin COP29 çərçivəsində debatların yüksək effektivliyi ilə bağlı bəyanatlarını nəzərə almağa çağırıb.

Kılıç COP29-u Azərbaycanın növbəti böyük uğuru və ölkənin dünyada imicinin möhkəmlənməsinə töhfə adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 01:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see152

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri