Icma.az
close
up
RU
Türkiyənin tarixi incisi Kapadokiya

Türkiyənin tarixi incisi Kapadokiya

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin mərkəzində yerləşən və turistlərin diqqətini çəkən Kapadokiya bənzərsiz gözəlliyi, zəngin tarixi və mədəni irsi ilə tanınır. Kapadokiya zamanın və tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “pəri bacaları” kimi tanınan Kapadokiyanın tarixi çox qədim dövrlərə gedib çıxır. Bu məkan erkən xristian dövrlərində gizli sığınacaq olaraq istifadə edilən geniş mağara kompleksləri ilə çox məşhurdur.

Kappadokiya Avropa, Şimali Amerika və Uzaq Şərqdən gələn turistlərin sevimli ünvanına çevrilib. Amma bu torpaqların cazibəsi yalnız təbiət gözəlliklərində deyil, əsrlərin süzgəcindən keçmiş, türk və Anadolu ənənələrinin, eləcə də yerli məhsulların sintezindən yaranan zəngin mətbəx mədəniyyəti də buranın ən dəyərli xəzinələrindəndir.

“Pəri bacaları”

Təkcə 2024-cü ildə bölgənin muzey və tarixi məkanlarını 4 milyon 370 mindən çox turist ziyarət edib. Beləliklə, Kapadokiya Türkiyənin ən önəmli mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bölgənin simvoluna çevrilmiş hava şarı turları isə ötən il 933 min nəfər sayı ilə tarixi rekorda imza atıb.

Pəri bacaları (Fairy chimneys) Kapadokiyanın ən tanınmış təbii strukturlarıdır. Vulkanik fəaliyyətdən yaranmış bu qeyri-adi daş formaları, ərazinin simvolu sayılır. Görəmə Açıq Hava Muzeyi isə qədim xristian monastırlarının və kilsələrinin olduğu bir kompleksdir. Mağaranın içində kilsə var və bura freskalar və dini sənət əsərləri ilə zəngindir.

Qədim dövrlərdə strateji mövqeyə sahib olan Uçhisar qalası isə Kapadokiyanın ən yüksək nöqtələrindən biridir və buradan bütün şəhər aydın görünür.
Kapadokiyadakı Dərinkuyu və Kaymaklı yeraltı şəhərləri qədim dövrlərdə sakinlərin düşmən hücumlarından qorunması üçün istifadə etdikləri geniş bir labirint sistemdir. Bu şəhərlər müxtəlif səviyyələrdə mağaralar, yaşayış sahələri və ehtiyat yerləri ilə diqqət çəkir.

Həm də milli parkları ilə seçilən məkan 

Kapadokiya həm də milli parkları ilə zəngindir. Görəmə Milli Parkı da bunlardan biridir. Kapadokiyanın adı UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb.
Mağara evləri ilə tanınan Çavuşin kəndi, şirin suyu ilə tanınan Avanos şəhəri qədim ənənələri ilə, keramika emalatxanaları ilə turistlərin diqqətini cəlb edir.
Kapadokiya ən çox hava balonu uçuşları ilə məşhurdur. Balon uçuşları gün doğan zaman həyata keçirilir və möhtəşəm mənzərə alınır.
Bu məkanı ziyarət edənlər atla gəzə, dağ yürüşləri həyata keçirə bilərlər. Ümumiyyətlə, tarixi ərazi olan Kapadokiya onu ziyarət edənlərə romantik və macəra dolu anlar bəxş edir.

Kapadokiyanın bənzərsiz kulinariya irsi

Kapadokiyanın bənzərsiz kulinariya irsi Michelin bələdçisi tərəfindən də rəsmi olaraq tanınıb. Bu isə Kapadokiyaya gələn turistlərin sayını artırmağa şərait yaradıb. Çünki qastronomiyanı da xoşlayan turistlər çoxdur. 
Məkanın qatronomiya möcüzələrindən “testi kababı”nı qeyd etmək olar. Yemək gil qabda bişirilir. 
Testi kababı kimi təndir sobasında yavaş bişirilən digər ət yeməkləri də həm göz, həm də damaq üçün əsl bayramdır. Amma bu, hələ başlanğıcdır. Bölgənin daha bir məşhur dadı Kayseri mantısıdır. Burada mantı o qədər balacadır ki, bir qaşığa 40 ədəd sığır. Üzərinə qatıq, əridilmiş kərə yağı və türk mətbəxinə xas ədviyyatlarla bəzədilərək süfrəyə gəlir. 

Fərqli təamlar

Birada bölgəyə məxsus Ürgüp tarhanasının da dadına baxmaq mümkündür. Bu təam qatıq, yarma və noxudla hazırlanır. 
Burada həmçinin kayısı yahnisi (quru ərik və ət qarışığı, odun sobasında bişirilir), zerdəli plov (üzüm doşabı, badam və kişmişlə hazırlanmış ətirli plov), ət və qoz ilə doldurulmuş heyva dolması, eləcə də ağpakla (ağ lobya və yumşaq ətin gil qabda bişmiş güveci) yeməklər yemək mümkündür. 
Şirniyyatlardan isə incir yağlaması (kərə yağında bişmiş əncir), balqabaq şirniyyatı, üzüm qatqılı köftür, üzərinə təmiz bal tökülmüş quru qaymaq və kərə yağı ilə hazırlanmış dolaz (un halvası) diqqət çəkir. 
Türkiyənin vazkeçilməzi olan paxlava Kapadokiyada “Damat baklava” adı ilə Ürgüp üslubunda hazırlanır.
 Kapadokiyada şərabçılıq ənənəsi əsrlərlə davam edir və tarixi ilk xristian rahiblərinin yaşadığı dövrlərə qədər uzanır. Burada yetişdirilən yerli üzüm növləri olan öküzgözü, kalecik karası, boğazkere və narincedən yaxşı şərab hazırlanır.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri