“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” Qərbi Azərbaycan Xronikası
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, budəfəki buraxılışda sənətşünas Türkan Abbaslı türklərin qayaüstü təsvir ənənələrindən danışıb.
O bildirib ki, türklər təbiəti şüurlu varlıq sayır, hər yaşadıqları yerdə iz buraxır, qaya və xalçalara simvollar həkk edirdilər. Onun sözlərinə görə, qartal ilahi xəbərçi, tenqriçilik isə tək Tanrıya inam idi. Damğaların düzgün istifadə olunmaması mənfi nəticələrə səbəb ola bilər. Abbaslı heyvan obrazlarının mənasından, dua edən insan fiqurlarının sirrindən və göy cisimlərinin insan həyatına təsirindən də bəhs edib.
Xatırladaq ki, layihənin məqsədi qədim oğuz-türk yurdları olan Qərbi Azərbaycanın maddi və mənəvi irsini tanıtmaq, tarixi toponimləri və mədəniyyət nümunələrini dünyaya çatdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 03 May 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















