Icma.az
close
up
RU
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir

TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahında Baş katib Ramil Həsənlə görüşüb.

Görüş zamanı tərəflər gələcək ikitərəfli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Hüseyin Büyükfırat TÜRKPA-nın mövcud imkanlarının parlament diplomatiyasının inkişafına, qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinə, habelə iqtisadi və ticarət münasibətlərinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, qardaş ölkələrdə ortaq qərarların və qanunvericilik aktlarının qəbulunda TÜRKPA-nın əhəmiyyətli rol oynayacağına dair böyük ümidlər bəslədiyini qeyd edib.

TÜRKPA-nın Baş katibi Ramil Həsən Türk Dövlətləri arasında bir sıra qardaş qurumların, o cümlədən Türk Dövlətləri İnvestisiya Fondunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Baş katib qanunvericilik sahəsində ortaq və model qanunların qəbulu və tətbiqinin, eləcə də parlament siyasətinin TÜRKPA-nın qardaş ölkələr arasında iqtisadi, ticarət və siyasi münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda Ramil Həsən iş dünyası ilə bağlı müxtəlif təşkilatların təşəbbüsü ilə hazırlanacaq iri miqyaslı layihələrin Türk Dövlətləri İnvestisiya Fondu tərəfindən maliyyələşdirilməsi imkanlarına da toxunub.

Görüş zamanı gələcəkdə TÜRKPA ilə TÜİB arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərilməsi qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri