Icma.az
close
up
RU
Türküstanın aydınları Mir Seyid Heydərgəli oğlu Sultanqalı VIII yazı

Türküstanın aydınları Mir Seyid Heydərgəli oğlu Sultanqalı VIII yazı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük/Bütöv Türk Dövlətləri Dünyasının əski tarixi-coğrafi hissəsi olan Tatarıstan Respublikasının yaranmasında, qədim Türk xalqlarının bir qolu olan tatar (bir çox qədim tarixi səlnamələrdə əski Türkdilli xalqlar ümumən “Tərtər”lər-Tartar-lar adlanıb və leksik-dil dialektinin, tələffüzünün, fonetikasının dəyişilməsi ilə Tatar-lar kimi müasir ismini almışdır) xalqının dövlətçiliyinin var olmasında xidmətləri olmuş Öndərləri sırasında Başqurd kökənli Mir Seyid Heydərgəlu oğlu Sultanqalı (1892-1940) xüsusi yer tutur. Bu görkəmli siyasi və ictimai xadimin Türk-İslam dünyasının birliyi ideyaları təkcə Tatarstan dövləti və xalqı ilə kifayətlənməyib, Bütöv Türk-Müsəlman dünyasını əhatə etmiş, ilk növbədə Aral/Ural və Türküstan diyarı ilə yanaşı, Xəzər-Qara-Aralıq dənizləri hövzəsini, Hun-Uyğur-Quz-Sak... ellərini də özündə birləşdirmişdir. Müqəddəs Seyid və İman ocağının bu İgid Ərəni XX əsrin mürəkkəb və sürətlə dəyişən siyasi-ideoloji hərakatlar, hərbi təcavüzlər dönəmində Türk-İslam birliyinin ideoloji istiqamətini müəyyən etməklə/yazmaqla bu cəbhədə Öndər Döyüşçü, barışmaz Haqq mücahidi kimi məşhur ad qazanmışdır.

Keçən əsrin 20-30-cu illərində Bütöv Türk  Dünyasının parçalanmasını, “əriştə kimi doğranmasını” (X.R.Ulutürk) məqsədli şəkildə siyasi-hərbi təcavüzkarlıqla pərdələyən rus imperializmi və inqilabçılarından V.İ.Ulyanov/Lenin (1870-1924), İ.V.Stalin (1879-1953), L.D.Trotski (1879-1940), Q.Y.Zinovyev (1883-1936), L.B.Kamenev (1883-1936), Q.K.Klinqer (1876-1943), Q.İ.Broydo (1884-1956), M.L.Veltman (1871-1927).. ilə bir cəbhədə olsa da, Türkçülük ideologiyasının bariz daşıyıcısı olduğuna görə (İ.Stalinin müəllifi olduğu “Milli məsələ” nəzəriyyəsinin Türk-İslam birliyinə, bütün Türküstan varlığına ciddi zərbə vurduğunu açıq şəkildə 1923-cü ilin aprel ayında  keçirilən XII partiya konqresində/qurultayında çıxışı zamanı açıq və kəskin şəkildə tənqid etdiyi üçün, məşhur  “...müstəqillik ideyası ilə oynamayın!”  tezisini irəli sürməklə) ilk qurbanlardan biri də  Mir Seyid Heydərgəli oğlu Sultanqalı olmuşdur.

Müasir “Tatarstan Respublikasının banisi” sayılan M.S.Sultanqalı Başqurdstan diyarı, Ufa mahalında, Karmaskalı kəndində (eyniadlı nahiyədə) İmam ailəsində doğulub, 1911-ci ildə Qazan şəhərində Müəllimlər məktəbini bititrib, 1913-cü ilədək Ufa mahalında müəllimliklə yanaşı, Türk-İslam maarifçilik ideyasının, milli-özgür dünyagörüşünün, mənəvi düşüncə tərzinin inkişafı, mədəniyyətinin təməl prinsiplərinin elmi-nəzəri əsasları...mövzularında qələmə aldığı yazılarla “Ufa xəbərləri” qəzetində çıxışlar etmişdir.

1917-1918-ci illərdə Türk dünyasında İslam mədəniyyətinin və siyasi hakimiyyətinin formalaşması yolunda mübarizə aparan M.H.Sultanqalı Moskva şəhərində I Ümumrusiya Müsəlmanlarının qurultayında (01-11 may 1917-ci il) çıxışında Müsəlman coğrafiyasına Xristian qüvvələrinin ekspansiyasının təhlükəli olduğunu açıq şəkildə bildirmiş, Rusiya dövlətinin bu xətti davam etdirəcəyi təqdirdə Türk-Müsəlman xalqlarının cəbhəsi ilə qarşılaşacağını rəhbərliyin diqqətə çatdırmışdır.

Milli-mənəvi ideyaların XX əsrin əvvəllərində  təkamül mərhələsi beynəlxalq təhdidlər, təqiblər və uğrunda mübarizələr dövrü kimi qiymətləndirilir və bu baxımdan Mir Seyid Əfəndinin mücadilə yolunun hansı məşəqqətlərdən, qarşıdurmalardan, siyasi-ideoloji çəkişmələrdən, mənəvi təqiblərdən... keçdiyi aydın ifadə olunur.

Rusiya imperiyasının hüdudlarında Türk-Müsəlman xalqlarının Dövlət quruculuğu və Milli-Azadlıq mübarizəsi ideyalarının real təcəssümü kimi Baltikyanı, Polşa və Finlandiya respublikalrının nümunəsini götürürdü Mir Seyid Əfəndi. Ona görə də, SSRİ-nin təşkili dövründə (1921-1922-ci illərdə) əsasən aşağıdakı siyasi-ideya mübarizə istiqamətlərinin alovlu və sarsılmaz rəhbəri kimi çıxış etmişdir:

  -millətlərin dərəcələrə bölünməsinin yolverilməzliyi;

  -müxtar respublikaların hüquqi-siyasi səlahiyyətlərinin yüksəldilməsi və SSRİ subyekti kimi qəbul edilməsi;

Çar Rusiyasını əvəz edən RSFSR-nın imperialist-işğalçı siyasətində əsas yer tutan Türk-Müsəlman xalqlarına qarşı müstəmləkə zülmünün qarçısının alınmasına siyasi-ideoloji sədd kimi M.H.Sultanqalı tərəfindən irəli sürdüyü konsepsiya (Tatarstan, Başqurdstan, Qazaxstan və Türküstan respublikalarının müstəqil subyekt kimi SSRİ-nin tərkibinə daxil edilməsi) 26 dekabr 1922-ci ildə Sovetlərin X qurultayında irəli sürülmüş (İ.Stalin iştirak edən iclasda), sonralar (17-25 aprel 1923-cü iltarixli XII qurultayda) ciddi qarşıdurmaların yaranmasına səbəb olmuşdur.

Nəticədə, 1923-cü ilin 04 may günündə O həbs edilmişdir...

09-12 iyun 1923-cü ildə Partiyanın Mərkəzi Komitəsinin IV islasında M.H.Sultanqalının məsələsi müzakirə edilərkən ən kəskin çıxışı hay-daşnak A.İ.Mikoyan (o, 1920-ci il iyulda Şərq xalqlarının I qurultayının həm də ən fəal Təşkilat bürosunun üzvü olmuşdur) etmişdir.

1919-1923-cü illərdə Rusiya hökumətinin Milli Məsələlər Komissarlığında səlahiyyətli nümayəndə və Kollegiya üzvü olduqda da, Krım diyarında dini-siyasi fəaliyyətini həyata keçirəndə də (1921-1923-cü illər)...siyasi-ictimai mövqeyini və baxışlarını dəyişməmiş, əksinə daha da dərinləşdirmişdir.

Ukraynalı tarixçi T.B.Bıkov Krım MSSR-nın 1917-1921-ci illər dövrünü əhatə edən siyasi-ictimai həyatına dair Milli Elmlər Akademiyasının nəşrində çap etdirdiyi kitabda (2011) yazmışdır ki, general P.N.Vrangel (1878-1928) ordusunun yarımadadan çəkildikdən sonra kökənli Krım Türklərinin/Tatarlarının kütləvi siyasi qırğınlardan qurtulması M.H.Sultanqalının adı ilə bağlıdır.

Türküstan diyarının qədim Türkdilli xalqlarının (Çuvaşların, Mordvalıların, Bulqarların, Marilərin, Tatarların, Başqurdların, Kalmıkların, Türküstan bölgəsi əhalisinin ...) vahid dövlət halında İnzibati-Ərazi Birliyinin (“Türk Sovet Respublikalarının Federasiyası” kimi) yaradılması bu sırada əsas məqsədlərdən idi. Və bu amal uğrunda mübarizədə iqtisadi təməl və milli-dil amillərini qarşılıqlı əlaqədə qiymətləndirir-“....iqtisadiyyat mədəniyyəti ifadə edir, dil-iqtisadi təməl üzərində inkişaf etdirilir...” prinsipini müdafiə edir (siyasi, iqtisad və mədəni inkişaf ideyalarının vəhdəti kimi) və irəli sürürdü....

1920-ci ilin 01-08 sentyabr günlərində Bakı şəhərində keçirilən Şərq Xalqlarının I qurultayının keçirilməsi təşkilatçılarından biri də M.H.Sultanqalı olsa da, o bu tədbirdə iştirak edə bilməmişdir, lakin Türk-İslam birliyi ideyalarının dünya ictimaiyyətinə çatdırılmasını təmin edə bilmişdir. Həmin qurultayda iştirak edən Qazax xalqının təmsilçisi T.Rıskulov və Türküstan diyarının nümayəndəsi H.Narbutabəyov Onun siyasi-elmi nəzəri fikirlərini müzakirəyə çıxarmağa müvəffəq olmuşdular.

Bu istiqamətdə onun müdafiə etdiyi nəzəri mülahizələr “Müsəlmanlara yönəlik din əlehinə təbliğat metodları” adlı məqaləsində “Millətlərin yaşamı” dərgisində  (Moskva şəhəri, 1921-ci il,  2-ci nömrə)  ifadə olunmuşdur.

 Ümumiyyətlə, Onun silahdaşları və mübariz həmfikirləri sırasında qabaqcıl siyasi-ictimai xadimlərin-Ə.Z.Valuidi-Toğana, M.Sübhi, M.N.Vahid, İ.Firdövsi, T.Rıskulov, H.İbrahimov və başqalarının xüsusi yeri olmuşdur. Və onun ideoloji mübarizəsi Qazax xalqının ictimai xadimi, “Alaş” hərəkatının rəhbərlərindən biri, Qazax respublikasının I Maarif naziri Əhməd bəy Dursun oğlunun (1872-1921), hindli  inqilabçı, filosof Manabendra Rayın (1887-1954)...milli-mənvi dünyagörüşlərinin, ictimai-siyasi məramlarının formalaşmasına güclü təsir göstərmişdir...

Görkəmli Türk kökənli Azadlıq Mücahidi rus imperializminin dövlət hakimiyyəti tərəfindən 1940-cı il yanvarın 28-də Moskva şəhəri, Lefortovo həbsxanasında qətlə yetirilmişdir...

P.S. “Müsəlman xalqlarının Azadlıq mücahidi” kimi məşhurluq şərəfi qazanan M.S.Sultanqalının portreti Misir Ərəb Respublikasının II Prezidenti (1956-1970-ci illərdə) Camal Əbdül Nasir Hüseynin (1918-1970)  və Əlcəzair milli-azadlıq hərakatının və inqilabının öndəri, bu dövlətin 1963-1965-ci illərdə 1-ci Prezidenti olmuş, “Əlcəzair xalqının Atası” tutullu Muhammad Əhməd bin-Ballanın (1916-2012) iş otaqlarındakı divarda yer tutmuşdur (hər iki Prezident “Sovet İttifaqı Qəhrəmanı” olmuşlar). Daha sonra, bir çox Ərəb dünyası ölkələrində, eləcə də, Türkiyə Cumhuriyyətində, Yaponiya və Fransada dövrü  olaraq Onun haqqında kitablar nəşr edilir...

1998-ci ildə Qazan şəhərində Onun “Seçilmiş əsərləri” işıq üzü görüb...

 P.P.S. 1919-1922-ci illərdə Moskva şəhərində M.S.Sultanqalının ictimai-siyasi məzmunlu çıxışlarının əksəriyyəti  Bakılı neft maqnatı Ş.Ə.Əsədullayevin (1840-1913) Kiçik Tatar döngəsində inşa edilmiş mülkünün Müsəlman-Tatar Mərkəzinə bağışladığı binasında (sonralar H.M.Yamaşev adına Tatar-Fəhlə klubu adlanıb)  olmuşdur...  
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
(050 372-60-08)  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see177

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see166

Azərbaycanlı idmançı dünya çempionatında medal qazandı

30 Noyabr 2025 10:32see149

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see149

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see136

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see133

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri