Icma.az
close
up
RU
Tütündən xilas edir, amma daha təhlükəlidir

Tütündən xilas edir, amma daha təhlükəlidir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elektron siqaretlər, adətən, tərkibində nikotin olan maye məhlulu qızdıran və onu nəfəs almaq üçün mümkün olan buxara çevirən cihazlardır. Elektron siqaretlər bir çox ölçüdə və formada olur. Elektron siqaretlərin tərkibində ağciyər xəstəliklərinə səbəb olan nikotin, kimyəvi diasetil, nikel, qalay və qurğuşun kimi zərərli maddələr var. Elektron siqaret istifadə edən insanlar yaranan buxarı ağciyərlərinə çəkirlər və daha sonra normal siqaret istehlakında olduğu kimi geri üfürürlər. Ona görə istifadə edildiyi mühitdə digər insanlar tərəfindən tənəffüs yolu ilə qəbul edildiyinə görə ətrafdakılar da passiv elektron siqaret istifadəçisi olur.

Adi siqaret qədər təhlükəli

Elektron siqaretlərin zərərli təsirlərindən biri də ölümcül xəstəliyin başlanığıcı olan "bronxiolitis obliterans"dır. Yəni, elektron siqaretlərin tüstüsü ağciyərlərdə hava kisələrini qoruyan makrofaqların fəaliyyətini poza və onların zədələnməsinə səbəb olur. Bu, nəfəs darlığına və öskürəyə yol açır ki, nəticədə orqanizmdə ağır ağciyər xəstəliyi baş qaldırır.

Elektron siqaretlərin tərkibində də adi siqaretlərdəki kimi nikotin olduğu üçün onların asılılıq təsiri kifayət qədər yüksəkdir. Nikotin beyində dopamin ifrazına səbəb olaraq həzz verir. Elektron siqaretdən istifadə edən insanlar zərərlərini və yaratdığı yüksək riskləri bilsələr də ondan istifadə etməyə davam edirlər. Çünki artıq orqanizm ondan asılıdır.

Elektron siqaretlər, tərkibindəki propilen qlikol səbəbindən ağciyərlərdə ciddi qıcıqlanmaya səbəb ola bilər. Eyni zamanda, nikotin 20 yaş ərəfəsində olan yeniyetmələrin və gənclərin beyin inkişafına zərər verir. Xüsusilə, yeniyetməlik dövründə gənclərin beynində qərar qəbuletmə və impulslara nəzarət hələ inkişaf etmədiyi üçün nikotindən daha çox istifadə edirlər. Gənclərin nikotinə məruz qalması ciddi risklər yaradır. Elektron siqaretlərin yaratdığı nikotin asılılığı emosional pozğunluqlara səbəb ola bilər və beynin öyrənməyə nəzarət edən hissələrinə zərər verə bilər.

Ölkəmizdə istifadə yaşı 12-15 yaşadək düşən elektron siqaretin əsas aludəçiləri məktəbli uşaqlardır. Məktəb tinlərindən, dalanlarda, xəlvət küçələrdə hər məktəblinin əlində bir elektron siqaret, acgözlüklə sümürdüyünün siz də şahidi olmusunuz. Cinsiyyət fərqi olmadan, qız-oğlan qarışıq istifadə edilən elektron siqaretin onların orqanizminə vurduğu təhlükə barədə əksəriyyəti məlumatlı deyil.

Sonsuzluq statistikasındakı payı

Elmi araşdırmalara görə, elektron siqaretlər kişilərdə sperma sayının azalmasına səbəb olur. Bu vəziyyət hamiləlik planlayan və ailə tərkibini artırmağı düşünən insanlara mənfi təsir göstərə bilər. Bundan əlavə, elektron siqaretlər yumurtanın keyfiyyətinə də təsir edir, dolayısı ilə siqaret çəkməyənlərə nisbətən 10 dəfə daha çox sonsuzluq riski verir. Bundan əlavə, qadınlarda erkən klimaks və vaxtından əvvəl doğuş riskini artırır.

Elektron siqaretdən istifadə zamanı qəbul edilən nikotin qadınların yumurtalıq hüceyrələrinə təsir edərək təbii yolla hamilə qalmağı çətinləşdirə bilər. Hamilə qaldıqdan sonra isə hamiləliyin pozulmasına, uşaqlıq və sidik kisəsi xərçənginə səbəb ola bilər. Adi siqaretdən heç bir fərqi olmayan elektron siqaretlər kişilərdə reproduktiv funksiyalara ciddi təsir göstərə bilər.

Hamiləlik dövründə elektron siqaret istifadəsi körpənin beyin inkişafına mənfi təsir göstərir və orqanlara qalıcı ziyan vurur. Eyni zamanda, hamiləlik dövründə çəkilən elektron siqaretlər körpənin ağciyərlərinin inkişafına mane ola bilər və doğuşdan sonra xəstəliklərə səbəb olur.

DNT-ni dəyişmək gücü var

Elektron siqaretdən istifadə edən insanlarda koronar arteriya xəstəliyi, depressiya və infarkt ehtimalı yüksəkdir. İstifadə etməyənlərlə müqayisədə insult və ya infarkt kimi problemlər yarada bilər. Elektron siqaretlər qan damarlarının sərtləşməsinə səbəb ola bilər, oksigenlə zəngin qanın ürəyə və bədənin digər hissələrinə getməsinə mane olur. Tərkibindəki nikotin səbəbiylə ürək döyüntüsünü artıraraq infarkta zəmin hazırlayır.

Elektron siqaretlər, kimyəvi maddələr və hissəciklər səbəbindən astma və xroniki ağciyər xəstəliklərinə görə ağciyər iltihabına səbəb olur. Bu da xərçəng riskini artıraraq DNT zədələnməsinə səbəb ola bilər. Elektron siqaret buxarı da ağciyər mühitində immun hüceyrələrinə mənfi təsir göstərərək ağciyərin iltihabına səbəb ola bilər. Şimali Karolina Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, elektron siqaretlərin tərkibindəki iki əsas inqrediyent (propilen qlikol və bitki qliserin) hüceyrələrə toksik təsir göstərir ki, bu da ağciyər xəstəliklərinə yol açır.

Araşdırmalar göstərir ki, elektron siqaretlər diş və diş ətinə də mənfi təsir göstərir. Bakteriya artımı, quruyan ağız, iltihablı diş ətləri, ümumi qıcıqlanma və bərpaolunmayan hüceyrə ölümü kimi problemlər gələcəkdə böyük xəstəliklərə səbəb ola bilər. 2018-ci ildə aparılan bir araşdırma göstərdi ki, elektron siqaretlərin aerozoluna məruz qalan dişlər, istifadə etməyənlərə nisbətən daha çox bakteriya əmələ gətirir. Bu bakteriyaların diş çürüməsi, ağızda yaralar və ya diş əti xəstəliyi ilə əlaqəli olduğu sübut edildi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see393

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see238

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see211

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see198

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see198

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see196

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see196

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see189

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see187

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see182

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri