Icma.az
close
up
RU
Üç dost ad günü məclisindən sonra qəzaya düşərək ölübmüş

Üç dost ad günü məclisindən sonra qəzaya düşərək ölübmüş

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə saat 01 radələrində Xaçmaz rayonu ərazisində - Gəndob-Yalama yolunun 22-ci km-də baş vermiş dəhşətli qəzanın təfərrüatı məlum olub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən 3 nəfər dost olublar və dünən onlardan birinin ad günü imiş.

Dostlar ötən gecə Xaçmaz rayonu ərazisində ad günü məclisində bir araya gəliblər. Daha sonra 1991-ci il təvəllüdlü Vüsal Tahir oğlu Bayramovun idarə etdiyi “BMW” markalı 77-HR-124 nömrə nişanlı avtomobillə yaşadıqları Xaçmaz şəhərinə yola düşüblər.

Avtomobil sürətlə hərəkətdə olarkən körpünün üzərində Gəncəli kənd sakini 1979-cu il təvəllüdlü Mömin Kamil oğlu Sadıqovun idarə etdiyi “Mercedes” markalı maşına dəyib. Nəticədə “BMW” Vüsalın idarəetməsindən çıxaraq körpünün metal məhəccərlərinə çırpılıb və 30-35 metr məsafəyə uçaraq çayın əks sahilində ağaclığa düşüb.

Şahidlərin bildirdiyinə görə, Vüsal Bayramov, sərnişinləri olan Xaçmaz sakinləri - 1983-cü il təvəllüdlü Samir Məhsimov və 1987-ci il təvəllüdlü Anar Məmmədovdan xəbər ala bilməyən yaxınları dərhal onları axtarmağa başlayıblar. Qısa vaxt sonra onların olduğu avtomobilin qəzaya uğrayaraq çay dərəsinə düşməsi məlum olub. Vüsalla Samirin meyitləri aşkar edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Xəstəxanada onlarla birgə Anar Məmmədovun da maşında olması bildirilib, həmçinin restoranın kameralarında hər 3-nün maşına birgə minərək getmələri əks olunub.

Bundan sonra çayın dərəsində yenidən axtarış aparılıb və təxminən 2 saat sonra ağaclıqdan Anar Məmmədovun da cəsədi tapılıb.

Bildirilir ki, V.Bayramov Xaçmazda avtomobil ehtiyat hissələrinin satışı ilə, digər iki şəxs isə valyutadəyişmə fəaliyyəti ilə məşğul olurmuş.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri