Icma.az
close
up
RU
Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü dünyaya bir mesajdır KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü dünyaya bir mesajdır KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan, Özbəkistan və Türkmənistan dövlət rəhbərlərinin Türkmənistanda keçirilən üçtərəfli görüşü qardaşlığın, dostluğun və əməkdaşlığın yeni bir nümunəsidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xüsusilə qeyd edib ki, hər üç dövlət rəhbəri bu görüşdə özlərinin aydın məqsədlərini, gələcək planlarını bəyan ediblər və bildiriblər ki, bu döstluq, əməkdaşlıq uzun müddət davam etdiriləcək, xalqlarım milli maraqlarına söykənərək, ölkələrin inkişafına xidmət edəcəkdir.“Azərbaycanın Özbəkistanla möhkəm, sıx əlaqələri mövcuddur. Özbəkistan Prezidentinin Azərbaycana səfərləri, cənab İlham Əliyevin Özbəkistana son səfərləri ölkələr arasında geniş imkanlar yaradıb və bilavasitə hər iki dövlətin milli maraqlarının təmin olunmasına yönəldilibdir. Özbəkistan işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərində fəal iştirak etməklə, özünün xeyirxah məqsədlərini ortaya qoyub və maddi-mənəvi dəstəyini Azərbaycandan əsirgəmir. Azərbaycan da öz növbəsində Özbək xalqının rifahına, gələcəyinə diqqətlə yanaşır və iki ölkə arasında dostluq əlaqələrinin möhkənlənməsi daim ön plandadır.Tükrmənistanla da əlaqələrimiz genişdir və həmin ölkənin dövlət rəhbərinin Azərbaycana son səfəri bunu bir daha göstərdi. O, nəinki Bakıda oldu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərə səfər etdi və Azərbaycanla əlaqələrin möhkəmlənməsinə və gələcəkdə bu istiqamətdə işlərin görülməsinə əminliyini bildirib. Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü dünyaya bir mesaj idi. Bu, dostluğun, qardaşlığın rəmzi olmaqla bərabər, həm də gələcək inkişaf oerspektivlərini müəyyən edən bir görüş oldu. Hər üç ölkənin rəhbəri demokratiyaya, azadlığa, insan haqlarına hörmətlə yanaşdıqlarını bəyan ediblər və bildiriblər ki, bu istiqamətdə bundan sonra işlər daha da sürətləndiriləcək. İqtisadi, ticari, mədəni əlaqələrin genişləndirilməsi məsələləri görüşün əsası olub və əlbəttə ki, yeni nəqliyyat marşrutlarının açılması, ticarət əlaqələrinin genişləndirilməsi bu görüşlərdə öncüllük təşkil edib.Azərbaycan Prezidentinin hər bir görüşü bəşəri dəyərlərə, ideyalara söykənir. Bu dəfə də Azərbaycan Prezidenti özünün sülhsevər amallarını bir daha nümayiş etdirdi. Əlaqələrə, dostluğa, sülhsevərliyə böyük önəm verdiyini bildirməklə bərabər, dövlətlərə də bu istiqamətdə mübarizə aparmağı tövsiyyə, çağırış etdi. Türkmənistan səfəri uğurları ilə bir tarixdir. Çünki bu tarix bilavasitə üç dövlətin xalqları üçün, ölkələrin inkişafı üçün təhlükəsiz baxımından vacib və əhəmiyyətli sayılır. Azərbaycan Prezidenti hər bir səfərində məhz dünyada sülhün yaradılmasını vacib hesab etdiyini vurğulayıb, bütün çıxışlarında insanları birliyə, səfərbərliyə, dünyada sülh uğrunda mübarizəyə səsləyib. Bundan əvvəl Kəlbəcərdə olduğu zaman da Azərbaycan Prezidenti dünyaya mesaj ünvanladı, sülh, dostluq, əmin-amanlıq, insan haqları ilə bağlı mübarizənin genişləndirilməsini vacib olduğunu vurğulayıb. Tükrmənistan səfəri, üç dövlət rəhbərinin bu görüşü hər üç xalqın milli maraqlarının təmin olunmasına xidmət edir və gələcək üçün yaxşı ümidlər yaradır”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri