Ucarda “Ciyəraxşamı”nda kütləvi dava düşüb
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Ucar rayonunda qohumlar arasında kütləvi dava olub.
Azpost.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib.
Nəticədə yaxın qohum olan 1975-ci il təvəllüdlü Əlisahib Ağasəlim oğlu Səlimov, 2003-cü il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov, 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















