Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum etdi FOTO/VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun 28 May küçəsində qeydə alınıb.
Belə ki, 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu tibb müəssisəsinə çatdırıblar.
Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır. Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.
Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.



Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















