Sığorta bazarında ən böyük yığım və ödənişlər hansı sahələrin payına düşüb?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
2025-ci ilin yanvar-noyabr aylarında sığorta bazarında toplanan haqlar və həyata keçirilən ödənişlərin strukturu məlum olub.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bazarda həm yığım, həm də ödəniş baxımından həyat və avtonəqliyyat sığortası əsas paya malik olub.
Könüllü sığortalar üzrə ən böyük yığım həyat sığortasının payına düşüb. Hesabat dövründə həyat sığortası üzrə yığımlar 683.2 milyon manatı, ödənişlər isə 590.1 milyon manatı ötüb.
Qeyri-həyat sığortaları arasında lider tibbi sığortadır. Tibbi sığorta üzrə yığımlar 121.9 milyon manat, ödənişlər isə 81.3 milyon manat səviyyəsində qeydə alınıb.
Əmlak sığortası üzrə ümumi yığım 216.6 milyon manata, ödənişlər isə 40.6 milyon manata yaxınlaşıb.
Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 165.6 milyon manat, ödənişlər isə 123.7 milyon manat təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında sığorta bazarı üzrə 1 milyard 365.4 milyon manat sığorta haqqı toplanıb, 844.8 milyon manat isə sığorta ödənişi həyata keçirilib.
Elmidar Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















