Icma.az
close
up
RU
Üçtərəfli görüşdə fiasko: Son plan işə düşdü, o ərazilər vurulacaq

Üçtərəfli görüşdə fiasko: Son plan işə düşdü, o ərazilər vurulacaq

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

I ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətin ilk zamanlarında Ukraynadakı müharibəni bitirməyi qarşısına məqsəd qoyub. Onun artıq bu istiqamətdə hər iki tərəflə əlaqəyə keçdiyi bildirilir. 

Lakin Rusiya Prezidenti Vladimir Putinin sonuncu mətbuat konfransındakı açıqlamaları vəziyyətin daha da gərinləşəcəyinin proqnozu kimi qiymətləndirilir. Ukrayna hökumətində də narahatlığın artdığına dair məlumatlar yayılıb. Buna baxmayaraq bəzi ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitəcək. Lakin Kiyev üçün şərtlərin heç də yaxşı olmayacağı deyilir.

Siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, hazırda Ukraynanın durumu acınacaqlıdır, dövlət çökmə təhlükəsi ilə üz-üzədir:

“Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Vaşinqtonun Ukrayna siyasətinə korrektələr edəcəyi gözlənilir. Bu, eyni zamanda Avropa İttifaqının məsələ ilə bağlı fəaliyyətinə həlledici formada təsir göstərəcək. Yəni Ukrayna müəyyən ərazilərini həmişəlik itirmək şərti ilə ya təslimçi sülhə gedəcək, ya da bölünəcək. Vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski və onun himayədarları olan hazırkı ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makronu narahat edir. Ona görə də, mövcud Vaşinqton hökuməti prosesləri həlli mümkün olmayan mərhələyə daşımağa çalışır. Bunun üçün Rusiyanın mülki obyektləri də daxil olmaqla bir sıra ərazilərin vurulması hədəflənir. Məqsəd Trampı çıxılmaz vəziyyətdə qoymaq və istəsə belə müharibəni dayandıra bilməməsi, əksinə Ukraynaya dəstək verməyə məcbur buraxmaqdır”.

Eli Zulfuqar

Əli Zülfüqaroğlu

Ekspertin sözlərinə görə, bu prosesin Makronun vasitəçiliyi ilə baş tutan Zelenski-Tramp görüşündən sonraya təsadüf etməsi diqqət çəkir:

“Görünən odur ki, Zelenski və Makron Trampla görüşdən nəticə əldə edə bilməyiblər. Yaxud verilən vədlərin sadəcə ümiddən ibarət olduğunu anlayıblar. Buna görə də Bayden administrasiyasının planları – prosesləri geridönüşü mümkün olmayan mərhələyə daşımaq cəhdləri işə düşüb.

Rusiya gələn ilin ilk yarısına qədər təmkinli davranacaq və bu planın reallaşmamasına səy göstərəcək. Ukrayna isə əksinə, durumu ağırlaşdırmaq üçün hər şey edəcək. Çox təəssüf ki, bütün bunlar Ukrayna dövlətinin və xalqının mövcudluğu hesabına həyata keçirilən Qərb planıdır, amma perspektivsiz görünür. Çünki Trampın arxasındakı gücün öncəliyi Çinlə iqtisadi mübarizədir və bunun üçün Rusiyanın maraqları nəzərə alınmalı, sövdələşməyə gedilməli və Çinlə əlaqələrin dərinləşdirilməsinin qarşısı alınmalıdır. Həmin yanaşma isə Ukrayna üçün dəhşətli son hazırlayır”./Globalinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Dekabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri