Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ucuz evləri makler lər yox, bələdiyyələr tikəcək?

Ucuz evləri makler lər yox, bələdiyyələr tikəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illər ölkədə, xüsusilə də paytaxtda bir çox yeni binalar, fərdi həyət evləri inşa edilməsinə baxmayaraq, hələ də evsiz insanların sayı kifayət qədərdir. 

Vətəndaşların ev almasına müxtəlif problemlər imkan vermir ki, onlardan ən əsası qiymətin baha olmasıdır.  WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: 

Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, mənzil təminatı sadəcə sosial məsələ deyil. Bu problem tək faktorla ortaya çıxmır. O qeyd edib ki, çətinliklərin miqyası və mürəkkəbliyinə görə müəyyən yollar tapılmalıdır: 

“Daha sürətli şəkildə şəhərsalma planlaşması və miqrasiya baş verir. Qeyri-rəsmi məskunlaşmanın həcmi genişlənir. Çoxtərəfli əməkdaşlıq bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionların təcrübələri də bunu göstərir. 

İdarəetmə təkmilləşdirilməli, inkişaf bankları, özəl sektor, QHT-lər bura cəlb edilməlidir. Maliyyələşmə bu sahədə ən ciddi problemlərdən biridir. İnnovativ maliyyələşmə mexanizmləri vacibdir. Dayanıqlı mənzil təminatı üçün inteqrasiyalı plan lazımdır. 

Həyat səviyyəsinin inkişafı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bunun ən yaxşı nümunəsini azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərimdə görə bilərik”.  

Qeyd edək ki, evsiz vətəndaşların mənzillə təminatı üçün müxtəlif layihələrin reallaşdırılmasına ehtiyac var. Onlardan biri də mənzil ehtiyacı olan əhalinin sosial evlərlə təmin edilməsidir. Son vaxtlar fərdi həyət evlərinin tikilməsində daha bir məqam özünü göstərirdi ki, bu da "maklerlər" tərəfindən tikilib daha ucuz qiymətə təklif edilən evlər idi.  

Bələdiyyələrin statusu artarsa, hər rayon, qəsəbə bələdiyyəsi öz ərazisindəki torpaqda sosial evlər tikə bilərmi? 

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc "Cümhuriyət"-ə bildirib ki, hazırda bələdiyyə orqanlarının mövcud statusu onların bir çox istiqamətdə fəaliyyət göstərməsi üçün kifayət qədər qanuni və hüquqi əsaslar yaratmır: 

"Ancaq təbii ki, bələdiyyələrin öz ərazisində sosial evlərin, ümumiyyətlə, tikinti prosesi ilə bağlı qərarlar verməsi, bu qurumların səlahiyyətlərinin genişləndirilməsi evə olan tələbin ödənməsi istiqamətində çox ciddi bir irəliləyiş olar. 

Hazırda onsuz da maliyyə sıxıntıları içində olan bələdiyyələr üçün əlavə bir stimul olar ki, onlar öz fəaliyyətini daha da genişləndirsinlər. Bu gün bələdiyyələr öz ərazisində olan torpaq sahələrinin satışa çıxarılması, eləcə də həmin torpaq sahələrinə mülkiyyət hüquqi qazandıra biləcək sənədlərin alınması üçün konkret addımlar atmaqda belə kifayət qədər problemlərlə üzləşirlər. 

Bələdiyyə institutunun genişləndirilməsi yalnız mövcud problemlərin həlli deyil, eyni zamanda, tələblər üçün uyğundur. Yəni müasir dövrün tələbləridir. Həm ekoloji, həm idarəetmə dayanıqlığı, həm də sosial məsuliyyət prinsipləri tələb edir ki, yerli idarəetmə sistemi yenidən qurulsun və geniş səlahiyyətlərlə təmin olunsun". 

AQC sədrinin sözlərinə görə, burada nəzərdə tutulmayan problemlər də ortaya çıxa bilər: 

"Sui-istifadə halları, subyektivizm ola bilər.  Yəni necə ki, bəzi bələdiyyələr öz ərazilərində normativlərə uyğun olmayan evlərin tikilməsi üçün şərait yaradır, yaxud da bu və ya digər formada hüquqazidd addımlar atmaq üçün əsaslar verirlər. 

Həmin sosial evlərin tikintisində və ümumiyyətlə, vətəndaşların mənzil problemlərinin  həll olunmasında müvafiq səlahiyyətlərlə təmin olunduqda, belə halların olmaması üçün sosial evləri almaq istəyən şəxslərin həmin evlərin satıldığı ərazidə  bir müddət yaşadığına nəzarət sistemi tətbiq oluna bilər ki, bu əsas məqsəddən yayınma halları törətməsin. Bu istiqamətdə ciddi nəzarətə ehtiyac olacaq. 

Ancaq bələdiyyə sisteminin inkişafı vətəndaşların evlə təmin olunması baxımından olduqca vacib bir məsələdir. Ümumiyyətlə, mən bələdiyyələrə geniş səlahiyyətlərin verilməsinə, eyni zamanda Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına tərəfdaram və bu barədə təkliflərlə çıxış etmişəm. 

Düşünürəm ki, problemlərin həllini yerli icra orqanlarından daha çox bələdiyyələrə yönəltmək, bu qurumla xalqın daha çox təmasını yaratmaq, bələdiyyələrin hüquq və səlahiyyətlərini artırmaq, eləcə də onların büdcəsinin genişlənməsi üçün müvafiq tədbirlər görmək, bir sıra dövlət qurumlarından hüquqların alınıb məhz bələdiyyələrə verilmək bələdiyyə sisteminin inkişafına gətirib çıxaracaq. Bu da özünüidarəetmənin təmin olunmasına və ölkə vətəndaşlarının idarəetmədə iştirakına böyük dəstək olar". 

AQC sədri onu da vurğulayıb ki, bu zaman vətəndaş  problemləri ilə dövləti yükləməz, həmin problemlərin həllində özü də bir tərəf kimi iştirak edər: 

"Onu da qeyd edim ki, bələdiyyələrin ərazisində yalnız sosial evlər yox, yataqxanalar, fərdi yaşayış evləri və digər tikililər də inşa oluna bilər. Bələdiyyələrin bu istiqamətdə fəaliyyətini təmin etmək üçün dövlət tərəfindən subsidiyalar ayrıla, investorlar cəlb oluna bilər. 

Bələdiyyələrin öz büdcəsi, torpaq satışının reallaşması üçün tam hüquqi baza var, praktiki baza da olarsa, onlar özləri də sifarişçi kimi çıxış edə bilərlər. Torpaq sahəsi ayırmaqla investorları prosesə cəlb edə bilərlər".          

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: mənzil Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri