Icma.az
close
up
RU
Ucuz və bahalı yağların fərqi nədir? EKSPERT AÇIQLADI

Ucuz və bahalı yağların fərqi nədir? EKSPERT AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ucuz və bahalı yağ məsələsinə gəldikdə, burada qiymətlə keyfiyyəti birbaşa əlaqələndirmək düzgün deyil. Bahalı məhsulun avtomatik olaraq sağlam, ucuz məhsulun isə keyfiyyətsiz olması fikri doğru yanaşma deyil".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, istehlakçı qiymət və keyfiyyət arasında birbaşa nisbət qurmağa bilər, lakin qiymət məhsulun keyfiyyətini müəyyən edən yeganə meyar deyil:

"Yağın qiymətinə xammalın dəyəri, istehsal texnologiyası, emal səviyyəsi, qablaşdırma, daşınma və idxal xərcləri, marka, marketinq və kommersiya siyasəti kimi müxtəlif amillər təsir edir. Buna görə mağazada 30 manata satılan yağın 10 manatlıq yağdan avtomatik olaraq üç dəfə daha sağlam olduğunu düşünmək olmaz.

İstehlakçı məhsul alarkən ilk növbədə reklam və məhsulun ön hissəsindəki yazılara deyil, etiketdəki məlumatlara diqqət yetirməlidir. Yağın hansı növə aid olması, tərkibində istifadə olunan yağlar, doymuş yağların və trans yağların miqdarı, enerji dəyəri, istehsal tarixi və saxlanma şəraiti əsas diqqət yetirilməli məqamlardır.

Məhsulun üzərində “təbii”, “premium”, “ən keyfiyyətli”, “təmiz kərə yağı”, “kənd məhsulu” kimi ifadələrin yazılması da onun avtomatik olaraq daha keyfiyyətli olması demək deyil. Reklam və marketinq ifadələri ilə məhsulun real göstəricilərini bir-birindən ayırmaq lazımdır.

Eyni zamanda, məhsulun ucuz olması da öz-özlüyündə onun keyfiyyətsiz və ya təhlükəli olduğunu göstərmir. Əgər məhsul qanunvericiliyin tələblərinə uyğundursa, müvafiq keyfiyyət göstəricilərinə cavab verirsə və istehlak üçün təhlükəsizdirsə, onun aşağı qiymətə satılması avtomatik olaraq mənfi hal hesab edilə bilməz. Lakin həddindən artıq ucuz qiymət istehlakçıda sual yarada bilər. Bu zaman məhsulun hansı xammaldan və hansı texnologiya ilə hazırlandığını araşdırmaq lazımdır.

Xammalın qiyməti də məhsulun maya dəyərini qiymətləndirərkən müəyyən təsəvvür yarada bilər. Məsələn, südün qiyməti və ondan əldə edilə bilən yağın miqdarı nəzərə alınmaqla, müəyyən məhsulun bazarda həddindən artıq aşağı qiymətə satılması istehlakçıda haqlı olaraq sual yarada bilər. Bu baxımdan məhsulun qiyməti ilə onun hazırlanmasında istifadə olunan xammalın dəyəri arasında ciddi uyğunsuzluq olduqda diqqətli olmaq lazımdır.

Digər tərəfdən, yüksək qiymətin də real əsasları ola bilər. Xammalın keyfiyyəti, xüsusi istehsal texnologiyası, emal prosesi və məhsulun aid olduğu kateqoriya onun qiymətinə təsir göstərə bilər. Buna görə “bahadırsa, deməli, yaxşıdır” yanaşmasından da uzaq durmaq lazımdır.

Yağın hansı məqsədlə istifadə edilməsi də mühüm məsələdir. Qızartma üçün istifadə olunan yağla salatlara əlavə edilən yağın seçimi eyni prinsiplərlə aparılmamalıdır. Bundan əlavə, heç bir yağ “limitsiz sağlam məhsul” hesab edilə bilməz. Yağ yüksək enerji sıxlığına malik qidadır və onun qəbul miqdarı da nəzərə alınmalıdır.

İstehlakçılara tövsiyəm məhsul alarkən yalnız adına və reklamına aldanmamaq, ilk növbədə onun tərkibini və etiket məlumatlarını diqqətlə oxumaqdır. Bəzən məhsulların üzərində “kənd yağı”, “Rusiya istehsalı”, “Belarus məhsulu” və buna bənzər ifadələrdən istifadə edilir və bu, istehlakçıda məhsulun daha keyfiyyətli olması ilə bağlı təsəvvür yarada bilər. Halbuki məhsulun harada istehsal olunması və üzərində hansı ifadənin yazılması onun keyfiyyətinin yeganə göstəricisi deyil.

İstehlakçı məhsulun tərkibi, istehsal tarixi, saxlanma şəraiti və digər əsas göstəriciləri ilə tanış olmalıdır. Xüsusilə etiket məlumatlarının çox kiçik şriftlə yazılması istehlakçıların məhsul haqqında informasiyanı oxumasını çətinləşdirir. Buna baxmayaraq, məhsulun adından daha çox onun tərkibinə və real göstəricilərinə diqqət yetirmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri