Icma.az
close
up
RU
Qeyri neft sektorunda ciddi geriləmə müşahidə olunur Millət vəkili

Qeyri neft sektorunda ciddi geriləmə müşahidə olunur Millət vəkili

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

“İqtisadi artım templərinin səviyyəsi və davamlılığı hər bir ölkənin inkişafında mühüm rol oynayır. Son vaxtlar ölkəmizdə bu templərin xeyli aşağı düşməsi ciddi narahatlıq doğurur”.

Metbuat.az xəbər verir ki,millət vəkili Əli Məsimli son çıxışında ölkə iqtisadiyyatında müşahidə olunan geriləmələr, iqlim dəyişikliklərinin təsiri və sahibkarlıq mühitinin problemlərinə diqqət çəkib. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə hər il böyük həcmdə vəsait ayrılmasına baxmayaraq, gözlənilən nəticələr əldə olunmur:

“Araşdırmalar göstərir ki, orta müddətdə hər il kənd təsərrüfatına 500 milyon manat yönəldilməklə 5–6 ildən sonra 12 əsas məhsul növü üzrə 5–7% artıma nail olmaq mümkündür. Lakin uzun müddətdir ki, faktiki artım orta hesabla 3 faiz ətrafında olub. Bu ilin 8 ayında isə kənd təsərrüfatında 1 faizə yaxın enmə qeydə alınıb”.

Ə.Məsimli qeyd edib ki, iqlim dəyişiklikləri və xüsusilə quraqlıq fermerlərin fəaliyyətinə ciddi ziyan vurur. Bu səbəbdən də “quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Bu addım fermerlərin maliyyə itkilərinin qarşısını almağa və onların növbəti ildə fəaliyyətini davam etdirməsinə real şərait yarada bilər”.

Deputat neft sektorunda hasilatın azalmasının ümumi ÜDM-ə təsirinə də diqqət çəkib:

“Əgər ötən ilin 8 ayında əvvəlki dövrə nisbətən ÜDM 4 faizdən çox artmışdısa, bu ilin eyni dövründə cəmi 1 faiz artım olub. Qeyri-neft ÜDM-də də ciddi geriləmə müşahidə olunur. 2023-cü ildə 8 ayda 7% artım olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu göstərici 2,6%-ə enib. Qeyri-neft sənayesində də ötən il 8%-lik artım fonunda bu il 4,8% nəticə qeydə alınıb”.

Məsimli hesab edir ki, həm kənd təsərrüfatı, həm də sənaye üzrə problemlər və perspektivlər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılmalıdır. Eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasının da prioritet olduğunu vurğulayıb:

“Yerli və xarici iş adamları arasında sosioloji sorğuların keçirilməsi, sahibkarlığın qarşısındakı maneələrin aradan qaldırılması və bu sahənin xüsusilə regionlarda inkişafının təşviqləndirilməsi məqsədilə ayrıca dinləmənin keçirilməsi məqsədəuyğun olardı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri