ÜDM də payınnın bir rəqəmli olduğu azsaylı dövlətlərdəndir
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı xarici borcun ÜDM-də payının 5.6 faiz olduğunu bildirib. Dövlət başçımız
valyuta ehtiyatlarımızın xarici borcumuzu 20 dəfə üstələdiyini qeyd edib.
Xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı onluqda yer alıb. Bu regionda ən yaxşı göstərici deməkdir. MDB dövlətləri arasında xarici borcun ÜDM-də payı Rusiyada 11, Tajikstanda 32, Belarusda 37, Özbəkistanda 49, Qazaxıstanda 50, Qırğızıstanda 51, Moldovada isə 55 faizdir. Qardaş Türkiyədə bu göstərici 35 faizə bərabərdir.
Əksər inkişaf etmiş dövlətlərdə xarici borc ÜDM-in həcmini üstələyir. Belə ki, xarici borc ÜDM-dən Böyük Britaniyada 2.8, Fransada 2.6, Belçikada 2.3, Yunanıstanda 2.2, İsveçrədə 2.1, Finlandiyadq 2.0, İspaniyada isə 1.6 dəfə çoxdur.
Göründüyü kimi, Azərbaycan xarici borcun ÜDM-də payınnın bir rəqəmli olduğu azsaylı dövlətlərdəndur. Ölkəmizdə xarici borcun ÜDM-dəki payının tənzimlənməsi siyasəti davam etdirilir. Bu, Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur.
Vüqar Bayramov, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Deputat: “Azərbaycan strategiyası ilə seçilən azsaylı dövlətlərdəndir”
29 Aprel 2025 11:18
Azərbaycan valyuta ehtiyatları ÜDM dən çox olan azsaylı ölkələrdəndir RƏQƏMLƏR
02 Yanvar 2026 17:59
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” Təmraz Tağıyev
10 İyul 2025 14:53
ÜDM niyə azalıb?
13 Fevral 2025 16:27
Azərbaycanda ÜDM artıb
12 Mart 2025 15:14
Baxış sayı:65
Bu xəbər 29 Sentyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















