UEFA Çempionlar Liqası: Barselona səfərdə, Atletiko doğma divarlar arasında geridönüş edib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun ilk oyunları keçirilib.
"Report" xəbər verir ki, gecənin ən dramatik qarşılaşmalarından biri Madriddə yerli "Atletiko" və Almaniyanın "Bayer 04" komandaları arasında baş tutub.
Oyunun baş hakimi ikisi qırmızı olmaqla yeddi vərəqə göstərib. Ev sahibləri matçda 0:1 hesabı ilə uduzmaqlarına baxmayaraq, geridönüş etməyi bacarıblar - 2:1.
Digər matçda İspaniyanın "Barselona" komandası 3:1 hesabı ilə geridə olmağına rəğmən, əlavə dəqiqələrdə vurulan qol hesabına Portuqaliyanın "Benfika" komandasına qalib gəlməyi bacarıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
VII tur
21 yanvar
21:45. "Atalanta" (İtaliya) - "Şturm" (Avstriya) — 5:0
21:45. "Monako" (Fransa) - "Aston Villa" (İngiltərə) — 1:0
22 yanvar
00:00. "Slovan" (Slovakiya) - "Ştutqart" (Almaniya) — 1:3
00:00. "Brügge" (Belçika) - "Yuventus" (İtaliya) — 0:0
00:00. "Atletiko" (İspaniya) - "Bayer 04" (Almaniya) — 2:1
00:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) — 4:5
00:00. "Liverpul" (İngiltərə) - "Lill" (Fransa) — 2:1
00:00. "Bolonya" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) — 2:1
00:00. "Srvena Zvezda" (Serbiya) - PSV (Niderland) — 2:3
Qeyd edək ki, turun qalan görüşləri bu gün keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Yanvar 2025 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















