UEFA Qarabağ azarkeşlərinin rəqib futbolçulara lazer tutması səbəbindən klubu sərt cəzalandırıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Qarabağ" klubunu 26 000 avro cərimələyib.
Oxu.Az xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 000 avro ödəyəcəklər.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olunduğu üçün isə 12 000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı Bolqarıstanda "Ludoqorets"ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçından sonra 28 500 avro cərimələyib.
Baxış sayı:131
Bu xəbər 03 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















