Icma.az
close
up
RU
Uğurla inkişaf edən ikitərəfli münasibətlər

Uğurla inkişaf edən ikitərəfli münasibətlər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlum olduğu kimi, müxtəlif imperiyaların tərkibində yaşasalar da, qədim tarixə malik olan makedoniyalılar milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.

Yeri gəlmişkən, qeyd edək ki, martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşlər, mətbuata birgə bəyanatları bir daha bu reallıqlara işıq saldı. Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Şimali Makedoniya arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova ilə mətbuata birgə bəyanatlarında dünyanın enerji xəritəsini dəyişən layihələrə yönəldərək bildirdi ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq tərəflər üçün çox önəmlidir. Bu, digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. O da qeyd edildi ki, ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. On iki ölkədən 10-nu Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, istehsalımız bundan daha çoxdur. Çünki Azərbaycan yerli tələbatı da ödəyir. Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir.

Onu da qeyd edək ki, səfər iki ölkə arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayacaq. Prezidentlər mətbuata bəyanatlarında da bu məqamı xüsusi qeyd etdilər. Bu səfər Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəridir. Ötən il dünyanı Azərbaycana toplayan COP29 iqlim konfransında Qordana Silyonovska-Davkovanın fəal iştirakını, tədbirin uğurla keçirilməsinə öz töhfəsini verdiyini xüsusi vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün iş aparılır. Siyasi dialoq dinamik xarakter alır. Qısa zamanda Qordana Silyonovska-Davkovanın ölkəmizə ikinci səfəri bunun bariz nümunəsidir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər də ölkəmizin artan nüfuzunun göstəricisidir. Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında xüsusi diqqət göstərilən məqamlardan biri də martın 13-15 tarixlərində keçiriləcək XII Qlobal Bakı Forum oldu. Qeyd edək ki, Forum bir daha çoxtərəfliliyin əhəmiyyətinə, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyinə işıq salacaq. “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova mətbuata bəyanatında bildirdi ki, bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı Azərbaycanda iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır.

Ən əsası, Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri yaxın zamanlarda iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. Qordana Silyonovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.

Şahlar Məmmədov,

YAP Göygöl rayon təşkilatı uzrə Gəncə Regional Qaz İstismar İdarəsinin Göygöl Xidmət Sahəsi ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri