Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Uğurların bayraqdarı: YAPın Azərbaycan xalqına töhfələri

Uğurların bayraqdarı: YAPın Azərbaycan xalqına töhfələri

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yeni Azərbaycan Partiyası (YAP) ötən 32 ildə böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilib. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın əsas missiyası yeni müstəqilliyini elan etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, onu inkişaf yoluna çıxarmaqdan ibarət idi: “Ulu Öndərin bu missiyanı uğurla yerinə yetirdi. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Dahi Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyanın 32 il ərzində keçdiyi uğurlu yol bu reallığı təsdiqləyir”.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndərin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub: “Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti YAP-ın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyanın sıralarında 730 min nəfərdən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq dövlət başçısının ətrafında sıx birləşmişik. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər yolu ilə YAP üzvləri inamla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır”.
“Yeni Azərbaycan Partiyası yarandığı gündən aparıcı siyasi qüvvə kimi Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə layiqli qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. YAP-ın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb”, - deyən Fatma Yıldırımın fikrincə, bütövlükdə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Hər şeydən əvvəl bu partiya öz gücünü xalqın dəstəyindən aldığını göstərir.
Deputat söyləyib ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir: “Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və Qələbəsi ilə ölçülür. Həm də bu güc onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasında, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra ölkəmizin qarşısında yeni hədəflər dayanır. Bu hədəflər və vəzifələr YAP-ın VII Qurultayından sonra qəbul olunmuş yeni proqramında da öz əksini tapır. Həmin vəzifələrin yerinə yetirilməsi üçün ardıcıl olaraq zəruri addımlar atılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri