Icma.az
close
up
RU
“Zərif uğurların nişanəsi”

“Zərif uğurların nişanəsi”

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunan “Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisə rəhbərləri və bir qrup gənc iştirak ediblər.Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısametralı film nümayiş etdirilib.

Nəsimi rayon Ağsaqallar Şurasının sədri, professor Vaqif Şadlinski bildirib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olub.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tibb elmləri doktoru Asim Mollazadə qeyd edib ki, Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.
Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.
Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası, insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.
Sonda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin sənətşünaslarının ifasında bədii hissə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri