Icma.az
close
up
RU
Uğursuz Nepal ssenarisi : Gürcüstan hadisələrinə Azərbaycandan baxış

Uğursuz Nepal ssenarisi : Gürcüstan hadisələrinə Azərbaycandan baxış

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq".

Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı və genişlənmə üzrə komissarı birgə bəyanatlarında yazıblar. Ancaq son hadisələrdən belə görünür ki, situasiya bu komissarların da bir parçası olduqları Avropa Komissiyasının Gürcüstan üçün yazdığı "Nepal ssenarisi" üzrə getmədi. Hətta Tiflis meydanlarında Nepal bayrağının qaldırılması da kömək etmədi. Yerli seçkilər üzərindən gerçəkləşməsinə cəhd olunan növbəti inqilab baş tutmadı. Gürcüstanın baş naziri İrakli Kobaxidze ötən gün Tiflisdə baş verənləri - Prezident Sarayına hücumla öz apogeyinə çatmış iğtişaşları "Beşinci Maydan" adlandırıb.

Artıq ilyarımdır ki, Gürcüstan müxalifəti hökumətə qarşı davamlı kütləvi aksiyalar keçirilir. Dövlət hakimiyyətinə məxsus müxtəlif binalara dəfələrlə hücum edilib. Ancaq bütün bu cəhdlər boşa çıxıb. Son hücum isə, dediyim kimi, Prezident Sarayına edilmişdi. Bu dəfə də alınmadı. Ancaq bu dəfə vəziyyət daha ciddi idi; müxalifətə Ukraynadan silah-sursat da ötürülmüşdü. Ancaq Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu siyasi məqsədli silah qaçaqmalçılığını vaxtında izlədi və təxribat ssenarisini pozdu. Üstəlik müxalifətin daha bir gözləntisi doğrulmadı: polis iğtişaşçıların tərəfinə keçmədi.

Əlbəttə, yenə də (hələ də) ölkəmizdə kimsə düşünə bilər ki, Gürcüstanda baş verənlərin bizə heç bir dəxli yoxdur. Orda inqilab oldu, ya olmadı, bizə bir istisi-soyuğu olmayacaq.

Bəli, 2024-cü ilin sonundan vəziyyət xeyli dəyişib. Azərbaycanla Rusiya arasında münasibətlər də əvvəlki kimi deyil. Gürcüstan müxalifəti və Qərbdəki müəyyən dairələr "Gürcü arzusu" hökumətini, məlum olduğu kimi, Rusiyameylli sayır. Azərbaycanda da bu cür yanaşanlar var. Ancaq məsələ ondadır ki, Gürcüstan hökumətinin Rusiya bağlantısını isbatlayan hansısa bir dəlil-sübut da ortada yoxdur. Gürcüstan indi daha çox Çinlə münasibətləri inkişaf etdirir, Avrointeqraaiyadan da imtina etməyib. Ancaq rəsmi Tiflis onu da anlayır ki, Gürcüstan Brüsselin bütün istəklərini yerinə yetirsə də, onu Avropa İttifaqına qəbul etməyəcəklər. Hər halda bu tezliklə etməyəcəklər. Ukrayna və Moldova nümunələri var: Kiyev və Kişineu Avropa İttifaqının hər dediyini etsələr də, onları qəbul etməyə tələsmədilər. Sonrasında baş verənlər isə göz qabağındadır. Azərbaycanla bağlı məsələ bir qədər də mürəkkəbdir; müsəlman ölkəsini Aİ-də görmək istəyən kim?!

Gürcüstandakı hadisələrə qayıtsaq, buradakı hökumətin "Rusiyapərəstliyi" haqda xəbərlər, Mark Tven demişkən, çox şişirdilib. Rəsmi Tiflis illərdir "3+3" formatına da Rusiyaya görə qoşulmadı. Gürcüstanın öz suveren ərazisini parçalamış Rusiyaya meyl etməsi absurd olardı. Tiflisin ehtiyatlı davrandığını ehtimal etmək, məncə, daha doğru olar. Rəsmi Tiflis Gürcüstandan ikinci (mini) Ukrayna düzəltmək istəyənlərə müqavimət göstərir. Bu nöqtədə Gürcüstanla Azərbaycanın mövqeləri uyğundur. Kim öz qonşuluğunda Nepal ssenarisinin reallaşmasını istəyər ki?!

Bəli, Azərbaycanda da bəzi adamlar bunu istəyə bilər. Necə deyərlər, pis nümunə hər zaman yoluxucudur. Əgər qonşuda belə bir zorakı hakimiyyət dəyişikliyi - dağıdıcı inqilab ssenarisi baş tutsaydı, onu öz ölkəsində təkrarlamaq həvəsinə düşənlər də tapılacaqdı. Əsas sual da elə burdan doğur: bu, bizə lazımdır?!

Xeyr, lazım deyil.

Gürcüstan hökuməti Azərbaycanla, eləcə də, Türkiyə ilə strateji müttəfiqliq münasibətində olan ölkədir. Rəsmi Tifıis Mərkəzi Asiya ölkələri ilə də münasibətləri inkişaf etdirir. Bu da bizim xeyrimizədir. Azərbaycanın irəli sürdüyü "Qafqaz evi" ideyasını, bölgədə sülhü dəstəkləyir. Ən başlıcası, Gürcüstan Azərbaycan üçün Qərbə açılan qapıdır. Rəsmi Tiflis də ABŞ-la, Avropa İttifaqı ilə əlaqələrini bərpa etməyə çalışır. Burda da Azərbaycanla oxşar siyasət yeridir və sair və ilaxır.

Bir sözlə, Azərbaycan və Gürcüstan bir-birləri üçün fövqəladə önəmli ölkələr olaraq qalır. Buna görə də Gürcüstanda sabitliyin pozulması, vəziyyətin nəzarətdən çıxması, demək olar, eyni dərəcədə Azərbaycan üçün də arzuolunmazdır. Odur ki, Azərbaycan mediasında, eləcə də, sosial şəbəkələrin Azərbaycan seqmentində Gürcüstanda sabitliyin pozulmasına fraqmentar da olsa, dəstək verilməsi heç bir məntiqə sığmır. Biz Gürcüstanda sağların hakimiyyətini və bunun nəticələrini - Gürcüstandakı soydaşlarımızın kütləviləşən köçünü görmüşük. Bunun təkrarlanmasını da istəmirik. Bir sözlə, Gürcüstanda dağıdıcı inqilabın baş tutmasını istəmirik. Bunun üçün çox səbəbimiz var (onlardan bəzilərini sadaladım). Qonşu evə yanğın arzulamaq sağlam ağlın məhsulu deyil. Elə deyilmi?

P.S. Yazının əvvəlinə qayıdıram: kütlənin Gürcüstan prezidentinin sarayına hücum, dağıdıcı hadisələr fonunda Avropa komissarları bir yandan hökuməti sərbəst toplaşmaq azadlığına hörmət etməyə, o biri yandan dialoqa çağırdı.

Əslində hökumət sərbəst toplaşmağa imkan yaratmışdı deyə Tiflis küçələri etirazçılarla dolmuşdu. Problem ondadır ki, o sərbəst toplaşanlar özlərini dövlətə əl qaldıracaq qədər sərbəst hiss etməyə başladılar. O zaman dövlət qarşılıq verməli idi. Hansı ölkədə olursa-olsun, müxalifətin seçkini udub hökumət qurmaq hüququ var, ancaq seçkini uduzduqdan sonra dövləti dağıtmağa haqqı yoxdur. Siyasət, sadəcə, mümkün olanı əldə etmək sənəti deyil, ən başlıcası, düzgün olanı əldə etmək sənətidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri