Uitkoff Putinlə görüşə gedir: Trampın mesajı çatdırılacaq
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri gözlənilir. Onun səriştəsinə dair müəyyən şübhələr olsa da, əsas vəzifəsi ABŞ-ın Rusiyaya qarşı yaxın vaxtlarda Donald Tramp tərəfindən tətbiq olunacağı gözlənilən yeni sanksiyalara cavab olaraq eskalasiyanın yolverilməzliyi barədə mesajı çatdırmaq olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb.
Məqalə qeyd edir ki, Uitkoff bu il artıq Moskvada olub və səfərdən sonra Rusiya liderini açıq şəkildə tərifləmişdi: “Mən Putini pis insan hesab etmirəm. O, çox ağıllıdır”.
“Ümid qalır ki, “Uitkoffun Putinin niyyətlərinə qarşı sadəlövhlüyü” bu həftə Trampın mesajını Moskvaya çatdırmasına mane olmayacaq. Uitkoff Putinə çatdıracaq ki, ABŞ indiyədək az müzakirə olunan Qərb sanksiyalarının yan keçməklə bağlı qalan son vacib sxemlərini bloklayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Avqust 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















