Icma.az
close
up
RU
“Ukrayna artıq raket texnologiyaları və konstruktor məsələlərində dünya üzrə ən önəmli mərkəzlərdən birinə çevrilib...” Azərbaycanlı ekspert

“Ukrayna artıq raket texnologiyaları və konstruktor məsələlərində dünya üzrə ən önəmli mərkəzlərdən birinə çevrilib...” Azərbaycanlı ekspert

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Hazırda artıq Ukrayna faktiki olaraq NATO qüvvələrinin nəzarəti altındadır. Ukraynanın hava məkanında NATO təyyarələri uçur. Çünki...”

“Doğrudur, belə bir xəbər var... Diqqət etdinizsə, hələ təxminən bir həftə öncə Putinin sözçüsü Peskov Amerikanın Ukraynaya “Tomohavk” raketləri verməsi əleyhinə danışdı. Əslində hələ heç kəs Ukraynaya həmin raketləri vermir. Bu fikir səsləndirilib sadəcə. Yəni Kreml hələ “Tomohavk”ların verilməsinə belə reaksiya verir.  Gör verilsə, nə edirlər?  Onu da deyim ki, hətta ABŞ Rusiyanın dərinliklərini vura bilən uzaqmənzilli raketlər verməsə, artıq Ukrayna onların analoqlarının istehsalına başlayıb.   Eləcə də Almaniya raketlərinin üzərini Ukrayna sözləri ilə bəzəyib işlətmək də olar. Yəni artıq Ukrayna ətrafında bütövlükdə bir sistem işə düşüb”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında “Xəbər verildiyi kimi, ABŞ lideri Donald Tramp  bəyan edib ki,  demə olar, Ukraynaya “Tomohavk”ları ötürmək üçün qərar vermişəm. Ümid edirsizmi ki, bu dəfə Tramp doğrudan da sözünün yiyəsi olacaq?” sualını cavablandırıb hərbi-siyasi ekspert Elxan Nuriyev dilə gətirib.

“Bu gün Ukrayna elə NATO deməkdir. Alyansın üzvü yox, özü ayrıca NATO deməkdir. Çünki hazırda Ukraynanın hərbi sənayesinə qoyulan xərcləri yəqin, yalnız ABŞ-ınkı ilə müqayisə etmək olar. Söhbət 60 milyard dollardan gedir.  Bu günlərdə Müdafiə Nazirliyi 3 mühəndis şirkəti  ilə 3 milyard qrivnalıq müqavilə bağladı. Yəni Ukrayna artıq raket texnologiyalarında, mühəndis həlləri və konstruktor məsələlərində dünya üzrə ən önəmli mərkəzlərdən birinə çevrilib. Tarixi bir faktı da xatırlatmaq istəyirəm:  aerodinamikanın qanunlarını kəşf edən Siolkovski də, Korolyov da, Sikorski də və s. kimi bir çox dünya şöhrətli alim və mütəxəssislər Ukraynada yetişib”, -deyə davamında ekspert bildirib. 

“Bu günlərdə Ukrayna dövləti öz konstruktor bürolarına 75 milyon dollar pul ayırdı ki, axtarışları davam etdirsinlər... Napoleondan bir dəfə soruşublar ki, müharibəni necə udaq,  cavabında 3 dəfə  "Maliyyə, maliyyə, maliyyə!" deyib...  

Və dediyim səbəblərdən Rusiya üçün çətin bir dövr başlayır. Çünki artıq həm silahlar var, həm də bu silahları ürəkdən tətbiq edə biləcək çox sayda insanlar var. Yəni Rusiyadan fərqli olaraq Ukrayna xalqı və dövləti əsil mənada, ciddi, incəliklərinə qədər planlaşdırılmış Vətən müharibəsi aparır…  

Mən şəxsən bu prosesin içindəyəm və görürəm ki, bu gün Ukraynada ciddi və strateji axtarışlar gedir. Bu gün Qərbin həll edəcəyi bir neçə vacib məsələ var.  Birincisi, maliyyə məsələləri həll edilir, ikincisi, dron “divarı” düzəldilir.  Hazırda artıq Ukrayna faktiki olaraq NATO qüvvələrinin nəzarəti altındadır. Ukraynanın hava məkanında NATO təyyarələri uçur. Çünki Ukrayna-Polşa sərhədi “F-35”-lər və “F-16”-larla qorunur. Yəni təyyarələr sərhədi o tərəf-bu tərəfə keçirlər. Odur ki, Ukrayna artıq formal, fiziki olaraq NATO üzvüdür”, - Elxan Nuriyev vurğulayıb.

Sultan Laçın 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri