Icma.az
close
up
RU
UKRAYNA DONETSK “MÜDAFİƏ KƏMƏRİ”NDƏN ÇIXSA... Kiyev “Ərazi mübadiləsi” ideyasını dəstəkləyə bilərmi?

UKRAYNA DONETSK “MÜDAFİƏ KƏMƏRİ”NDƏN ÇIXSA... Kiyev “Ərazi mübadiləsi” ideyasını dəstəkləyə bilərmi?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər dünya mediasının əsas müzakirə mövzularından biri Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş və imzalanan tarixi səndlərlə yanaşı, Ukrayna müharibəsinin bitirilməsi üçün irəli sürülən yeni təkliflərdir. Vladimir Putinin Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa açıqladığı yeni təklifə görə, Ukrayna Donetskin öz nəzarətində olan ərazilərini tərk edir (Əvvəl Xerson və Zaporojyedən də Ukrayna qoşunlarının çıxarılmasını tələb edirdi), Krım yarımadası Rusiya ərazisi kimi tanınır, əvəzində Putin cəbhə xətti boyu atəşkəs elan edir və Rusiya bir daha Ukraynaya, eləcə də Avropaya hücum etməyəcəyi barədə qanun qəbul edərək, onu imzalayır.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna üzrə sülh sazişində ərazilərin mübadiləsi nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, ABŞ bəzi ərazilərin qaytarılmasını və dəyişdirilməsini istəyir: "Bu, mürəkkəbdir. Bu, çox mürəkkəbdir. Amma biz bəzi dəyişikliklərə nail olacağıq. Qarşılıqlı fayda üçün ərazi mübadiləsi olacaq".

“Bloomberg” isə yazıb ki, Putinlə Trampın görüşündə “Ukraynanın xoşuna gəlməyəcək razılaşma” hazırlanır. Ancaq məsələ ondadır ki, bu razılaşma əldə olunarsa belə, bu, beynəlxalq hüququn sıfırlanması və olduqca təhlükəli presedent demək olacaq.

Bu arada ABŞ Müharibə Araşdırmaları İnstitutunun hesabatına görə, Ukrayna Donetsk vilayətindən çəkilməyə razılaşarsa, 11 ildir rus işğalçılarını irəliləməyə qoymayan əsas müdafiə xəttini - “qalalar kəməri”ni itirəcək. Analitiklərin fikrincə, bu baş versə, Rusiya ordusu uzun və böyük itkilərlə müşayiət olunan döyüşlərdən azad olaraq, növbəti hücumlar üçün son dərəcə əlverişli mövqelərə çıxacaq. Bu ərazi müharibəyə qədər 380 min əhalisi olan dörd böyük şəhərdən və H-20 Konstantinovka-Slavyansk şossesi boyunca şimaldan cənuba uzanan bir neçə qəsəbə və kənddən ibarətdir: “Ukraynanın “qalalar kəməri” son 11 ildə Kremlin Ukraynadakı ərazi ambisiyalarına əsas maneə olub. Xəttin uzunluğu 50 kilometrdir, Slavyansk və Kramatorsk müdafiə qurşağının şimal yarısını təşkil edir və Donetsk vilayətini qoruyan ukraynalı müdafiəçilər üçün mühüm maddi-texniki baza rolunu oynayır. Drujkovka, Alekseevo-Drujkovka və Konstantinovka isə müdafiə zolağının cənub hissəsini təşkil edir. Ukrayna qoşunları hələ 2014-cü idə bu şəhərləri rusiyayönlü muzdlu döyüşçülərdən azad etdikdən sonra həmin şəhərlərdə və onların ətrafında müdafiə mövqeləri qurmağa başlamışdılar. Buna görə Ukrayna qoşunları 2014-cü ilin iyul ayından bu şəhərlər üzərində nəzarəti saxlayıb. Son 11 il ərzində Ukrayna bu müdafiə kəmərini gücləndirmək və həmin şəhərlərdə, onların ətrafında əhəmiyyətli müdafiə infrastrukturu yaratmaq üçün vaxt, pul və güc sərf edib”.

ABŞ institutunun mütəxəssisləri həmçinin hesab edir ki, gələcək sülh müqaviləsində Ukrayna üçün etibarlı monitorinq mexanizmləri və təhlükəsizlik təminatları olmasa, Rusiya ordusu böyük ehtimalla gələcəkdə istənilən atəşkəs və ya sülh sazişini pozacaq, Ukraynaya qarşı hərbi təcavüzü bərpa edəcək.

Göründüyü kimi, mütəxəssislər də “ərazi mübadiləsi” ideyasının təhlükəli olduğunu qeyd edirlər. Ən əsası isə söhbət hansısa Rusiya ərazisinin Ukrayna ərazisi ilə deyil, Ukraynanın öz konstitusion, beynəlxalq hüququn tanıdığı suveren ərazilərinin bir-birilə mübadiləsindən gedir. Özü də hətta Ukrayna Donetskdən çıxsa belə, bunun əvəzinə Rusiyanın Ukraynanın hansı digər işğal edilmiş ərazilərini tərk edəcəyi bəlli deyil.

Nəhayət, ümumiyyətlə, Ukraynanın Krım da daxil olmaqla, istənilən ərazisindən rəsmən imtina etməsi qətiyyən inandırıcı və doğru deyil. Bunu Azərbaycan Prezidenti də çıxışlarında bir neçə dəfə qeyd edib. Volodimir Zelenski isə son açıqlamasında qətiyyətlə bildirib ki, Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil. Belə olan halda, Trampla Putin hansı planı müzakirə edəcək və bunu Ukraynaya necə qəbul etdirəcəklər? Təəssüf ki, cavabı açıq qalan bu və bunun kimi digər suallar Ukrayna müharibəsinin tezliklə, özü də qismən belə olsa, ədalətli şəkildə bitiriləcəyi barədə ümidlərin üzərinə böyük kölgə salır.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri