Icma.az
close
up
RU
Ukrayna ilə müharibədə hərbi gücü zəifləyən Rusiya Cənubi Qafqazdakı sülhə açıq etiraz edə bilmir

Ukrayna ilə müharibədə hərbi gücü zəifləyən Rusiya Cənubi Qafqazdakı sülhə açıq etiraz edə bilmir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Azərbaycan və Ermənistan münasibətləri, Rusiyanın Güney Qafqaza giriş-çıxışını şərtləndirən mühüm hadisələrdən biridir. Amerika Birləşmiş Ştatlarının təşəbbüsü olması və tərəfləri bir masa arxasına dəvət etməsi Rusiyanın maraqlarına ziddir. Rusiyanın Cənubi Qafqazda geopolitik maraqlarına ciddi şəkildə problem yaradır. Amma elə bir dönəmdə bu hadisə baş verir ki, Rusiyanın məsələ açıq formada etiraz edə bilmir. Sülh danışığına mane olmaq dünyanın xoşuna gəlməyən bir davranışdır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Mustafa danışıb. Politoloq qeyd edib ki, Rusiya bu məsələlərə bir formada etiraz edərsə, dünya tərəfindən pislənəcək. Yəni məcburdur ki, buna gizli formada öz narazılığını ifadə etsin. Politoloqun fikrincə, digər tərəfdən halhazırda ABŞ ilə Rusiya konkret olaraq Rusiya Ukrayna savaşı ilə bağlı qərar qəbul mərhələsindədir.

Əli Mustafa

Əli Mustafa hesab edir ki, belə bir dönəmdə bu görüşün baş tutması əslində Rusiyanın bir qədər də çarəsiz durumda buraxıb: “Nə etsin? Onsuz da onun Amerika ilə problemləri var. Üstəlik, Amerika elə bir gediş edib ki, elə bir ağıllı seçim edib ki, bu dəqiqə Rusiyanın daha çox Amerikadan gələn sanksiyalardan qorunmağa ehtiyac duyacaq. Belə bir şəraitdə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının aparılması və yaxud da sazişlə bağlı hansı addımların atılması və xüsusilə də bunun Birləşmiş Ştatların moderatorluğunda icrasına Rusiya açıq formada etiraz edə bilmir. Amma mümkündür ki, hansısa formada düşünür, nələrsə düşünür. Həm Azərbaycana, həm də Ermənistana qarşı bir şeylər düşünür. İndi olmasa da, sonra nələrsə etmək yəqin ki, planında var.

102-ci Ordunun gücləndirilməsi və silah-sursat daşıması daha çox Paşinyanın məqamına Rusiyanı zərər vura biləcəyi ehtimallarını artırır. Amma Azərbaycanla bağlı da yəqin ki, hansısa hesabları var”.

Politoloqun fikrincə, gerçəklik ondan ibarətdir ki, həqiqətən Rusiyanın ciddi şəkildə bir itkisi var və Rusiyanın hərbi gücü zəifləyir.

Əli Mustafanın fikrincə, Ukrayna savaşı Rusiyanı elə bir duruma salıb ki, Güney Qafqaz vaxt ayıra bilmir: “Hər halda bu məsələlərə adekvat və zamanında reaksiya verə bilməsəə də, amma yəqin ki, nələrisə düşünəcək”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri