“Ukrayna müharibəsi başa çatsa belə, Rusiya Cənubi Qafqazdakı mövqeyini bərpa edə bilməyəcək” Alman nəşri
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda atdığı diplomatik addımlar bölgənin siyasi xəritəsini köklü şəkildə dəyişib.
Bu barədə Almaniyanın "DFheute" və "Deutsche Welle" nəşrlərində məqalə dərc olunub.
Alman mətbuatı iki liderin Rusiya təsirini bölgədən tamamilə çıxardığını və “Moskvasız barış masası” qurulduğunu vurğulayıb.
Xəbərlərdə Bakı və İrəvanın Moskvanın iştirakı olmadan, ABŞ-nin vasitəçiliyi və Türkiyənin güclü dəstəyi ilə razılığa gəldiyi bildirilir.
Alman media orqanları yazır ki, beş il əvvəl imkansız sayılan bu razılaşma, Ankara və Vaşinqtonun bölgədəki fəal rolu sayəsində gerçəkləşib.
"Deutsche Welle" həmçinin Ukrayna müharibəsi başa çatsa belə, Rusiyanın Cənubi Qafqazdakı əvvəlki mövqeyini bərpa edə bilməyəcəyini vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 Avqust 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















