Ukrayna klubunun üzvü AFFAnın istədiyi futbolçu haqda: Onunla Azərbaycan millisində birlikdə oynamaq arzumdur
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA daha bir futbolçunu milliləşdirmək istəyir. Belə ki, federasiya əslən Azərbaycandan olan, “Rux” klubunun futbol akademiyasında çıxış edən Rolan Mustafayevlə maraqlanır.
16 yaşlı futbolçu hazırda Ukraynanın U-17 yığmasının aparıcı futbolçusudur. Sol cinah vingeri Azərbaycan millisinin üzvü, “Polesye”də oynayan Emil Mustafayevin də qardaşıdır.
Mustafayev Sportal.az saytına qardaşı haqda danışıb. O, Rolanı Azərbaycan millisində görmək istədiyini bildirib:
"Bəli, Rolan hazırda Ukrayna yığmasında oynayır. Sizə düzünü deyim, qardaşımla birlikdə Azərbaycan millisində oynamaq arzumdur. Amma onun hansı komandada oynayacağına qərar vermək hüququm yoxdur. Hər halda, biz qardaş olsaq da, seçim onun özündədir. Zamanla hər şeyi görəcəyik".
Qeyd edək ki, Emil Mustafayev yığmada ilk oyununu martın 22-də Monqolustana(1:0) qarşı keçirilmiş rəsmi matçda debüt etmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















