Ukrayna Kursk istiqamətində Rusiyanın Su 35 qırıcısını vurduğunu bəyan etdi: Görüntülər yayımlandı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Hərbi Hava Qüvvələri iyunun 7-də səhər saatlarında Rusiyanın "Su-35" qırıcısını vurduğunu iddia edib.
Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə Ukrayna hərbçiləri "Telegram" kanalında paylaşım ediblər.
"Bu gün səhər saatlarında Hərbi Hava Qüvvələrinin Kursk istiqamətində uğurlu əməliyyatı nəticəsində Rusiyanın "Su-35" qırıcısı vurulub", - deyə paylaşımda bildirilib.
Həmçinin məhv edilən və qəzadan sonra alovlanan təyyarənin videosunu dərc ediblər.
Ukrayna HHQ iddia edir ki, görüntülərdə Rusiyanın "Su-35" təyyarəsinin Kursk istiqamətində vurulması əks olunub.
Hadisə ilə bağlı təfərrüat açıqlanmayıb. Rusiya tərəfi hələlik məsələni şərh etməyib.
Eyni zamanda, KİV-də yayılan xəbərlərə görə, Rusiya hərbi aviasiyasında ixtisaslaşmış "Fighterbomber" kanalı "Su-35S" təyyarəsinin itirildiyini təsdiqləyib. Kanalın məlumatına görə, pilot xilas edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















