Icma.az
close
up
RU
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq Arkovdan SENSASİYA

Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq Arkovdan SENSASİYA

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya və ABŞ liderlərinin danışıqlardan sonra keçirilən mətbuat konfransında heç bir sensasion bəyanat səsləndirilmədi. Buna baxmayaraq, onların çıxışları dialoqdan və müzakirə olunan məsələlər üzrə əldə olunan qarşılıqlı anlaşmadan məmnunluqdan xəbər verir”.

Bu sözləri Globalinfo.az-a “PolitRus” informasiya-analitik portalının rəhbəri, tanınmış rus politoloq Vitali Arkov Alyaska görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Tramp Putinlə ünsiyyətində əhəmiyyətli irəliləyiş əldə edə bilib:

“Bunu onların rəsmi danışıqlardan əvvəl və sonra qeyri-rəsmi ünsiyyətinin videogörüntüləri, həmçinin Prezident Putinin ABŞ-da yüksək səviyyədə qarşılanması da təsdiq edir. Bu, Rusiya və Putinin təcrid olunduğunu iddia edən bir çox Avropa siyasətçilərini və Qərb mediasını pis vəziyyətə saldı. Vladimir Putin Donald Tramp həmin vaxt Ağ Evdə olsaydı, Ukraynada hərbi münaqişə baş verməyəcəyi barədə amerikalı həmkarının əvvəl səsləndirdiyi fikirlə razılaşıb. Bu gün heç kim gizlətmir ki, münaqişədən faydalanan və Kiyev rejimini qızışdıran Bayden administrasiyası və bəzi Avropa ölkələrinin rəhbərləri olub. Onların bəziləri hələ də vəzifədədir və Trampın sülh təşəbbüslərinə maneçilik törədirlər. Onlar Volodimir Zelenskidən ukraynalıların həyatı bahasına müharibəni davam etdirməyi tələb edir, Rusiya ərazisindəki mülki hədəflərə və yaşayış binalarına zərbələr endirmək üçün Kiyev rejimini silahla təmin edirlər. Nəticədə dinc əhali həlak olur və buna görə də terror aktları hesab edilir”.

V.Arkov qeyd edib ki, məlum olduğu kimi, Putinlə görüşdən sonra Trampın Zelenski ilə uzun telefon danışığı olub:

“Görünür, onu sülh prosesinə başlamağa və destruktiv “Avropalı dostların” əmrlərini yerinə yetirməkdən imtina etməyə məcbur edib. Bildirilir ki, Zelenski bazar ertəsi Vaşinqtona gedəcək, orada Trampla ciddi söhbət edəcək və konkret göstərişlər alacaq. Görüşdə Kiyevdə hakimiyyət dəyişikliyinin də müzakirə olunacağı istisna deyil. Zelenskidən Ukraynada prezident seçkilərini elan etməsi və həmin seçkilərdə şəxsən iştirak etməməsi tələb olunacaq.

Valeri Zalujnı

Məlum olduğu kimi, Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeri Zalujnının bu vəzifəyə kompromis fiqur kimi gətirilməsi Vaşinqton və London arasında razılaşdırılıb. Eyni zamanda, Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak (onu Kiyev rejiminin “boz kardinalı” adlandırırlar) və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova, (RF-də terrorçular və ekstremistlərin siyahısına daxildir) hansı ki, onları da bu rol üçün hazırlayırdılar, vəzifələrinin və şəxsi korrupsiya sxemlərinin qorunub saxlanması vəd olunub.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi cənab Zalujni dəfələrlə rusiyalı həmkarlarının peşəkarlığını yüksək qiymətləndirib və ümumiyyətlə, özünü ləyaqətli zabit kimi aparıb. O, Zelenskidən fərqli olaraq rusofob deyil. Yəni Kreml Zalujnı fiquruna açıq şəkildə etiraz etmir. “Şimal axını” qaz kəmərlərinin partladılmasında onun əlinin olması ilə bağlı yayılan məlumat isə Zalujnı ilə Moskva arasında ayrıca danışıqların mümkünlüyünü aradan qaldırmaq məqsədilə “Bankova” tərəfindən təşkil oluna bilərdi. Kreml dəfələrlə bəyan edib ki, hazırda Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini tanımır (de-yure hakimiyyətin yeganə legitim orqanı indi Ali Rada və onun spikeri Ruslan Stefançukdur). Buna əsasən, Zelenskinin Ukrayna adından imzaladığı birgə sənədlər Rusiya tərəfindən tanınmayacaq”.

V.Arkov deyib ki, Vaşinqton Zelenski, ya da Zalujnı arasında seçim etməlidir:

“Üstəlik, bunu tez bir zamanda – yaxın iki-üç ay ərzində etmək lazımdır: Ukraynanın yeni prezidentinin vəzifəyə başlamaq, Putinlə sövdələşmə (Trampın terminologiyası ilə) üçün vaxtı olmalıdır. Trampın özü isə 2026-cı ilin yanvar ayının sonuna kimi bütün zamanların və xalqların əsas sülhməramlısı kimi Nobel mükafatına rəsmi namizəd göstərilməlidir.

Buna əsaslanaraq, payıza qədər Ukraynada hərbi münaqişəyə tam son qoyulmasını gözləmək olmaz. Bununla belə, yaxın günlərdə Kiyev və Moskvanın pilotsuz təyyarələr və quru, dəniz və hava əsaslı raket sistemlərindən istifadəyə fasilə verəcəyi hava məkanında mərhələli atəşkəs elan oluna bilər.

Həmçinin oxuyun:

Zelenskidən Putinin Donetsklə bağlı tələbinə cavab

Vitali Arkov

Ağ Evdəki mənbələrə görə, Trampın Zelenski ilə telefon danışığı bir saatdan çox çəksə də, onun Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Finlandiya, Polşa liderləri, həmçinin NATO-nun baş katibi və Avropa Komissiyasının sədri ilə danışığı yarım saat belə davam etməyib. Başqa sözlə, Tramp onlara yalnız əməkdaşlıq formatının tələb etdiyi kimi Putinlə müzakirə olunan bəzi məsələlər (Ukrayna üzrə) barədə məlumat verib. Tamamilə aydındır ki, Amerika lideri avropalılarla məsləhətləşməyib, çünki onların rəyini, ən azından, bu məsələ ilə bağlı əhəmiyyətli hesab etmir”.

Arkovun sözlərinə görə, maraqlıdır ki, Tramp Ankoricə gedərkən prezident Aleksandr Lukaşenko ilə (bir müddət əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ona baş çəkib) telefon danışığında onun Minskə səfər dəvətini qəbul edib:

“Bununla o, Belarus liderini “Avropanın sonuncu diktatoru” adlandıran və ona qarşı şəxsi sanksiyalar tətbiq edən avropalı tərəfdaşlarını daha da alçaltdı. Ola bilsin ki, Rusiya və Ukrayna liderləri Minskdə görüşəcək və daha sonra Moskva ilə Kiyev arasında sülh sənədləri məhz burada imzalanacaq. Təbii ki, ABŞ prezidentinin şəxsən iştirakı ilə.

Ukrayna münaqişəsinin həlli şübhəsiz ki, həm Rusiya və ABŞ liderlərinin Alyaska görüşünün, həm də ümumilikdə Kreml və Ağ Ev arasında dialoqun mühüm və rəsmi əsas mövzusudur. Bununla belə, müzakirə olunan mövzuların dairəsi daha geniş və dərindir. Üstəlik, Ukrayna məsələsi (ümumiyyətlə bu ərazinin gələcəyi) əsaslı şəkildə həll olunub.

Putin və Tramp. Alyaksa görüşü

Xüsusilə, Ankoricdə keçirilən mətbuat konfransında Vladimir Putin Donald Trampın Ağ Evə qayıtmasından sonra Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin 20% artdığına və bunun yalnız başlanğıc olduğuna diqqət çəkdi (sanksiyalar və embarqolar hələ ləğv olunmayıb). Ankoricdəki görüşün nəticələrini mediaya şərh edən dövlət katibi Marko Rubio da öz liderini mahiyyətcə təkrarlayan mühüm bir ifadəni dilə gətirdi: “Bizi qarşıda hələ uzun yol gözləyir, lakin irəliləyiş əldə olunub”.

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra bəzi analitiklər iddia edir ki,  Rusiya Cənubi Qafqazdan geri çəkilməsi müqabilində Ukraynadakı müharibəni donduracaq. Bu fikir nə dərəcədə realdır?

Vitali Arkov bildirib ki, əslində, Birləşmiş Ştatlar həmişə bu yanaşma ilə – başqalarının nailiyyətlərini və sərvətlərini mənimsəməklə seçilib və Tramp bunu, utanmadan və hətta lovğalanaraq öz siyasətinin əsasına çevirib:

“Bakı və İrəvanın Vaşinqtonun belə bir təklifindən imtina etməsi düzgün olmazdı. Digər tərəfdən, Moskva üçün indi Cənubi Qafqaza sülhün qaytarılmasında onun aparıcı rolunun tanınması, ABŞ-ın (və deməli, bütün dünya ictimaiyyətinin) ən azından Krımın Rusiya Federasiyasının tərkibində de-yure tanınması, “geri qaytarılan” dörd rayonun faktiki olaraq tanınması və ümumiyyətlə, Ukrayna münaqişəsinin mümkün qədər öz şərtləri ilə sona çatması həddən artıq vacibdir. Bu, indi Kiyevi Moskvanın şərtləri ilə razılaşmağa məcbur edəcək Vaşinqtonsuz mümkün deyil.

Tramp üçün gəlirli biznes və Rusiya ilə münasibətlərin normallaşdırılması – xüsusən Çinlə qlobal qarşıdurma fonunda – hazırda Avropa Birliyinin “istəkləri”ndən, hətta əvvəllər ədalətsiz olaraq ona aid olan şərqdəki ərazilərin formal şəkildə Kiyev rejiminin nəzarətində saxlanmasından daha vacibdir”.

Rus politoloqun sözlərinə görə, belə olan halda, Moskva da Vaşinqtona Yaxın Şərqdə, Cənubi Qafqazda müəyyən güzəştlər edir:

“Bu, müdrik siyasi oyundur. ABŞ ilə razılaşma Rusiyaya Ukrayna problemini həll etməyə imkan verəcək. Rusiyanın qələbəsi onu dünyanın “böyük liqasına” qaytarır, təkcə nüfuzunu deyil, həm də qüvvələrini gücləndirir. Və yalnız bundan sonra, yavaş-yavaş, lakin məqsədyönlü şəkildə, ayrı-ayrı postsovet respublikaları ilə bağlı digər sahələrdə yaranan “fəsadları” həll etməyə başlayacaq. Ukrayna ilə müqayisədə başqa, lakin nəticədə bir o qədər təsirli olan üsullarla. Bu artıq tarixdə baş verib”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Avqust 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri