Ukrayna ordusu Leninqradı vurdu
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Rusiyanın Primorsk şəhərində yerləşən neft terminalı PUA hücumuna məruz qalıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Baltik dənizində ən böyük neft ixrac terminallarından biri olan Primorsk limanını vurub.
Hücumdan sonra limanda yanğın başlayıb.
Leninqrad vilayətinin rəhbərliyi hücum faktını təsdiqləyərək bəyan edib ki, region üzərində 50-yə yaxın PUA məhv edilib. Hücum zamanı limanda yanacaq saxlanılan çənlərdən biri zədələnib və yanğın baş verib. Yanğının söndürülməsi üzərində iş getdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi də açıqlayıb ki, gecə saatlarında ölkənin regionları üzərində ümumilikdə 249 Ukrayna PUA-sı vurulub. Dronların 128-i Bryansk, 50-si isə Leninqrad vilayəti üzərində məhv edilib./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Mart 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















