Ukrayna PUA ları müharibənin gedişatını dəyişsə də, taleyini həll etmir “Foreign policy”
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə “Foreign policy” yazıb.
Nəşrin məlumatına görə, Ukrayna dronları cəbhə xəttindən çox geridə yerləşən nəqliyyat marşrutlarına getdikcə daha çox hücum edir. Nəticədə, əvvəllər Rusiya ordusu üçün təhlükəsiz hesab edilən yollar hərbi texnika və sursat, yanacaq və ərzaq daşıyan yük maşınları üçün təhlükəli hala gəlib.
Bununla belə nəşr analitiklərə istinadən yazıb ki, hətta bu cür dronların geniş istifadəsi belə Ukraynanın işğal olunmuş əraziləri geri almasına imkan verməyəcək.
“Come Back Alive” Fondunun baş analitiki Nikolay Beleskov vurğulayıb ki, dronların əsas missiyası hazırda hücum deyil, sabitləşdirmədir. "İlk məqsəd vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır və yalnız bundan sonra daha iddialı bir şey haqqında düşünə bilərik", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, Ukrayna hələ də ciddi kadr problemləri ilə üzləşir. Genişmiqyaslı hücum əməliyyatları üçün yaxşı təlim keçmiş hücum bölmələri tələb olunur və hazırda onlar çatışmır.
Logistikaya effektiv zərbələr endirilsə də, burada əsas problem Ukrayna qoşunlarının irəliləməsini dayandıra bilən çox sayda yaxşı kamuflyaj edilmiş Rusiya FPV dron operatorunun olmasıdır.
Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Nik Reynoldsun sözlərinə görə, bu cür mövqeləri aşkar etmək olduqca çətindir.
"Onlar çox, çox yaxşı kamuflyaj olunublar. Onları müəyyən etmək mümkündür, amma bu, çətindir və vaxt aparır", - ekspert bildirib.
Ekspert Beleskov dronların geniş istifadəsinin Rusiyanın müdafiəsini ciddi şəkildə zəiflətsə də, orta mənzilli pilotsuz təyyarələrin təkbaşına geniş işğal olunmuş əraziləri geri ala biləcəyi açıq sualdır: “Biz hərb tarixində görünməmiş bir təcrübə aparırıq".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 16 İyul 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















