Icma.az
close
up
RU
Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib?

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib?

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı dünyanın diqqət mərkəzindədir. Məsələ heç də onda deyil ki, bu bombardmançı təyyarələrin məhvi Rusiyanın Ukraynada apardığı müharibəyə ciddi şəkildə təsir edəcək.

Rusiya 4-cü ilə keçən müharibə boyu cəmi bir neçə dəfə Ukraynanın uzaq məsafədən bombalanmasında bu təyyarələrdən istifadə edib. Ukraynanın infrstrukturuna zərbələr əsasən “İsgəndər”, “Kalibr”, “Xəncər”, X-101 və s. raketləri ilə endirilir və bunların buraxılması üçün strateji bombardmançılar qaldırılmır.

Məsələ Rusiyanın dərinliklərində, cəbhə xəttindən 3-4 min km məsafədə yerləşən aerodromlara – həm də Rusiyanın ciddi şəkildə qoruduğu obyektlərə - hücumdan gedir. Ukraynanın məhv etdiyi təyyarələrlə faktiki olaraq Rusiya həmişə öyünüb, qürur duyub, onların xüsusilə Cənubi Amerika və yaxud hansısa uzaq ölkəyə “birbaşa uçuşları” Rusiyanın gücünün və sözügedən ölkələrə istisnasız dəstəyinin nümayişi kimi təqdim edilib.

Yəni Ukrayna Putinin qürurlandığı, fəxr etdiyi təyyarəni məhv etdi və bu, növbəti əməliyyatdır: bundan əvvəl Putinin xüsusi həssasiyyətlə yanaşdığı Krım körpüsünə zərbə endirilmişdi.

Analoji əməliyyatdır: 2022-ci ildə, Putinin ad günü “sürprizi” olaraq Krım körpüsünün partladılması əməliyyatı da partlayıcının Rusiya ərazisinə keçirilməsi və Krıma göndərilməsi ilə icra olunmuşdu; indi də konteynerlər Rusiya ərazisinə keçirilir və Rusiyanın öyündüyü strateji raket daşıyıcılarının yanına yerləşdirilir, sonra total hücum başlayır.

Bütün ekspertlər bu hücumu Yaponiyanın Pyorl Harbora hücumu ilə müqayisə edir və yaxud az qala hər kəs bunu “Tramp Ukraynanın kartının olmadığını deyirdi, varmış” kimi qiymətləndirməkdə maraqlıdır. Ancaq əsas sual bu olmalıdır: Ukrayna konteynerləri hansı ölkə ərazisindən Rusiyaya ötürə bilib?

Ukrayna bundan əvvəlki analoji əməliyyatı Ermənistan üzərindən həyata keçirmişdi: Krım körpüsünə hücum üçün “zəif bənd” olaraq Ermənistan seçilmişdi və bu da təsadüf deyil.

Ermənistan Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində müstəsna rol oynayan əsas ölkədir. Ermənistan Avropadan hansısa yolla qəbul etdiyi malların təyinatını dəyişməklə, “təkrar ixrac” əməliyyatı aparır və Rusiyaya göndərir. Bu, artıq Avropa Birliyi üçün də gizli deyil və dəfələrlə nüfuzlu beynəlxalq nəşrlər bu məsələyə toxunub, Ermənistanın Rusiyaya sanksiyaların dəlinməsindəki roluna AB-nin göz yumması da müzakirə edilib.

Krım körpüsünə hücumda partlayıcı maddənin Rusiyaya asanlıqla ötürülməsinin bir səbəbi də elə bu idi: Avropadan gələn mal Ermənistandan yenidən sənədləşdirilərək, adı dəyişdirilmişdi və “Ermənistanın ixracı” kimi Rusiyaya göndərilmişdi – Ermənistan Aİİ üzvü olduğu üçün Rusiyaya göndərdiyi məhsullar da sərhəddən daha az nəzarətlə qəbul edilir.

Krım körpüsü partladılandan sonra Ermənistandan gələn malların Rusiya sərhəd-keçid məntəqəsində ciddi yoxlanılmasına başlanmışdı. Bu, hətta Ermənistanın rəsmi şəkildə bir neçə dəfə narazılığına da səbəb olmuşdu. Ancaq aradan bir müddət ötdükdən sonra Ermənistandan gələn yük maşınlarının Rusiya sərhədindən keçidi yenə də “sadələşdi”.

Beləliklə, Ukrayna xüsusi xidmət orqanları analoji əməliyyatı yenə də Ermənistan üzərindən keçirə bilməzmi?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri