Icma.az
close
up
RU
Ukrayna səfiri: Rusiyanın işğalı və ekoloji təhlükələri dünya birliyinin birgə səylərini tələb edir

Ukrayna səfiri: Rusiyanın işğalı və ekoloji təhlükələri dünya birliyinin birgə səylərini tələb edir

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev noyabrın 11-də Bakıda açılacaq COP29 iqlim konfransı ilə bağlı bəyanatla çıxış edib.

Gununsesi.info xəbər verir ki, səfir Ukrayna COP29-un Bakıda keçirilməsini alqışladığını bildirib.

Ukraynanın Azərbaycandakı səfirliynin Amerikanın Səsinə təqdim etdiyi bəyanatda deyilir ki, Ukrayna vaxtilə Şərqi Avropa ölkələrindən BMT-nin İqlim Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın müraciətini ürəkdən dəstəkləyib, iqlim və ekoloji problemlərə qarşı qlobal mübarizə üçün bu addımın əhəmiyyətini dərk edir.

Bakıda keçiriləcək COP29 ölkə liderlərinin qlobal iştirakını tələb edən ekoloji və enerji təhlükəsizliyi məsələlərinin həllinə mühüm töhfə verəcəyindən əmindir”, o qeyd edib.

Səfir hesab edir ki, Ukrayna Sülh Formulasının birinci bəndi Radiasiya və Nüvə Təhlükəsizliyidir, üçüncü və səkkizinci bəndlər də bütün bəşəriyyət üçün fundamental çağırışları, xüsusən də Enerji və Ətraf Mühitin Təhlükəsizliyini əks etdirir.

Bu məsələlər xüsusi əhəmiyyət kəsb edir, çünki qlobal enerji böhranları, Avropada ən böyük olan Zapirijye AES-in Rusiya tərəfindən işğalı və ekoloji təhlükələr bütün dünya birliyinin birgə səylərini tələb edir. Bu mövzular tezliklə Bakıda öz işinə noyabrın 11-də başlayacaq COP29-da müzakirə olunacaq. Ətraf mühitin mühafizəsi, iqlim risklərinin minimuma endirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi bütün dünyanı birləşdirən vəzifələrdir və biz COP29-un təşkili və keçirilməsində Azərbaycanın səylərini dəstəkləyir və bu mühüm tədbirin həyata keçirilməsində uğurlar arzulayırıq”, bəyanatda qeyd edilir.

O hesab edir ki, təhlükəsiz gələcək uğrunda mübarizəyə sadiq olan Ukrayna hətta müharibə dövründə də qlobal iqlim problemlərinin həllində dünya birliyi ilə fəal əməkdaşlıq edir.

“Biz əminik ki, yalnız birgə səylərlə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq, eləcə də dünyanı gələcək nəsillər üçün qoruyub saxlamaq olar”, səfir qeyd edib.

Səfir həmçinin bildirib ki, Ukraynada Rusiya “təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir”.

Bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası)”.

Səfir Husyev daha sonra Ukrayna Sülh Formulasının yüz ölkə tərəfindən dəsətkləndiyini bildirib.

Sülh Formulasının əsas bəndlərindən biri BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpasıdır. Bu, mühüm prinsipdir, çünki beynəlxalq hüquq normalarına qayıdış təkcə Ukraynanın təhlükəsizliyinə deyil, həm də bütün beynəlxalq münasibətlər sisteminin sabitliyinə təminat verir”.

Səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl və sistemli dəstəyinə, eləcə də bu ölkə üçün vacib olan humanitar yardıma görə səmimi minnətdarlığını bildirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqandır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.

COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see334

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see195

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see184

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see144

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri