Icma.az
close
up
RU
UKRAYNA SÜLH ÜÇÜN TRAMPLA DANIŞIQLARA BAŞLADI Vaşinqtona gedən heyət qarşısında hansı şərtlər qoyulub? AzPolitika onlayn siyasiictimai qəzet

UKRAYNA SÜLH ÜÇÜN TRAMPLA DANIŞIQLARA BAŞLADI Vaşinqtona gedən heyət qarşısında hansı şərtlər qoyulub? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Kiyev sülhə hazır olduğunu bəyan etməyə hazırlaşır”

Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün ABŞ-yə gəlib. Məqsəd hələ ABŞ-nin yeni prezidenti vəzifəyə başlamazdan əvvəl onunla müharibənin həlli məsələsindəki ciddi fikir ayrılıqlarını aradan qaldırmaqdır. 

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-ın məlumatında belə deyilir. Qeyd olunur ki, sözügedən səfər Ukraynanın müharibəni bitirmək üçün Tramp administrasiyası ilə danışıqlara başladığını göstərir. Nümayəndə heyətinə Ukrayna hakimiyyətində faktiki olaraq, Volodimir Zelenskidən sonra ikinci söz sahibi olan Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak başçılıq edir.

Qeyd olunur ki, Yermak artıq Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq və yeni prezidentin milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşüb. Görüşdə vitse-prezident J.D.Vens də iştirak edib.


Nəşrin mənbələrinin bildirdiyinə görə, Yermak rəsmi Kiyevin Trampın köməkçiləri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bundan əvvəl o, Floridada Ağ Evin yeni aparat rəhbəri Suzi Uayls ilə də görüşüb: “Müzakirələrlə tanış olan insanların fikrincə, Yermak Ukraynanı sülhün əldə olunmasında maneə kimi yox, konstruktiv tərəfdaş kimi təqdim edir”.

Kiyevin planları ilə tanış olan mənbə nəşrə deyib ki, Ukrayna sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır: “Ancaq bu, sabit sülh olmalıdır. Qeyri-stabil, müvəqqəti sülh nə ABŞ-nin, nə də Ukraynanın maraqlarına cavab vermir”.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl demişdi ki, Kiyevin müharibəni bitirmək barədə düşünməsi üçün Ukraynanın işğal olunmamış hissəsinə NATO-ya üzv olmaq təklif edilməlidir. Lakin belə görünür ki, ABŞ başda olmaqla, Qərb bu ideyanı dəstəkləmir.

“The Wall Street Journal” yazır ki, Trampın müşavirləri yalnız Rusiyanın Ukrayna ərazisinin təqribən 20%-ni ələ keçirməsini tanıyan və Kiyevin NATO-ya qoşulma imkanını müvəqqəti olaraq bağlayan sülh planlarını müzakirə edirlər.


Beynəlxalq Böhran Qrupunun Ukrayna üzrə analitiki Lusian Kim nəşrə açıqlamasında deyib: “Ukraynalılar potensial danışıqlarda maksimalist mövqelərini nümayiş etdirirlər. Ola bilsin ki, onlar NATO-ya üzvlüyün yaxın gələcəyin məsələsi olmadığını başa düşürlər. Lakin danışıqlar başlamazdan əvvəl bunu niyə etiraf etsinlər ki?"

O, həmçinin qeyd edib ki, Kiyev Co Bayden hakimiyyətindən çox narazıdır: "Tramp administrasiyasının gəlişi Kiyevdə irəliləyiş üçün ümid yaradıb. Bunun necə görünəcəyi sual altındadır. Amma bir şey aydındır: mövcud status-kvo sona çatacaq".

Qeyd edək ki, noyabrın sonunda Volodimir Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilər geri qaytarılmadan belə, Ukraynanın dərhal NATO-ya qəbul edilməsi şərti ilə Rusiyayla sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

“Reuters” isə daha əvvəl yazmışdı ki, müharibəni bitirmək üçün Trampın “sülh planı”nın üç əsas variantı var. Bunlar Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun planı, vitse-prezident J.D.Vensin planı və Trampın keçmiş kəşfiyyat rəhbəri vəzifəsini icra edən Riçard Qrenellin planıdır. Onlar bəzi nüanslarına görə bir-birindən fərqlənirlər. Lakin bu planların üçü də hazırkı cəbhə xəttində müharibənin “dondurulmasını” və Ukraynanın NATO-ya üzv olmaqdan müəyyən müddətə imtinasını nəzərdə tutur.

Bütün bunların fonunda Rusiyanın hansı mövqe tutacağı məsələsi açıq qalır. Çünki Kreml təmsilçiləri hətta Tramp seçiləndən sonra da dəfələrlə münaqişənin hazırkı cəbhə xətti boyunca dondurulmasının qəti əleyhinə çıxış ediblər və müharibə başlayarkən Ukraynaya qarşı irəli sürülmüş tələblərin qüvvədə qaldığını deyiblər. Bu isə faktiki olaraq, Ukraynanın öz suverenliyindən, dolayısı ilə dövlətçiliyindən imtinası və kapitulyasiyası anlamına gəlir. Nəticədə bir-birinə iki zidd mövqedə olan tərəflərin real kompromisə gəlib-gəlməyəcəkləri yalnız yanvarın 20-dən, yəni, Trampın öz vəzifəsinin icrasına rəsmən başlamasından sonra bəlli olacaq.

C.Məmmədov

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri